İraq ordusu Mosul da daxil olmaqla iki istiqamətdən Sincara doğru hərəkət edir.
Bu barədə “Xəbərtürk” qəzeti məlumat yayıb. PKK-nın Sincarı tərk etməyə başladığı da xəbərdə qeyd olunub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatların Afrinlə yekunlaşmayacağını bildirmiş, Sincarda əməliyyat anonsu vermişdi.
Bundan öncə isə Ərdoğan İraq hökumətinə müraciət edərək, terrorçuları ölkə ərazisindən təmizləməyə çağırmış, bunu edə bilməyəcəyi təqdirdə türk ordusunun bu əməliyyata hazır olduğunu açıqlamışdı. İraq isə türk ordusu ilə birgə antiterror əməliyyatı aparmaq istəyini ifadə etmişdi./axar.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?