Yardım Heydər Əliyev Fondunun təşəbbüsü ilə toplanıb
Azərbaycandan Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ("Zimnaya vişnya") ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş şəxslərin ailələrinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə toplanmış 1,8 tona yaxın humanitar yardım göndərilib.
“Bu barədə TASS-a Kemerovo vilayət administrasiyasından məlumat verilib.
"1,8 tona yaxın yardım toplanıb. Bu, əsasən qida məhsullarıdır", - deyə agentliyin həmsöhbəti bildirib.
Ticarət mərkəzində baş vermiş yanğın nəticəsində uşaqlar da daxil olmaqla, 64 nəfər faciəvi şəkildə ölüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?