Suriya dövlət mediasının məlumatına əsasən, üsyançıların ilk qrupu bazar günü Şərqi Qutada son istinadgahlarını tərk edərək, ölkənin şimal-qərbində üsyançı qüvvələrin nəzarətində olan ərazilərə üz tutub.
Mühasirədə olan Dumadan çıxan üsyançılar arasında şənbə günü nəzarətində olan şəhərlərin çoxunu tərk etmiş Faylaq Əl-Rəhman qrupunun döyüşçüləri olub.
Dumada olan əsas üyançı qrup isə Rusiya ilə döyüşçülərin ya ərazini tərk etməsi, ya da Suriya rəsmiləri ilə sülh yaratması kimi təslim olma şərtləri ətrafında müzakirələr aparan Ceyş Əl-İslam qrupudur.
Müzakirəçilər şənbə günü Ceyş Əl-İslam qrupunun yaralı döyüşçülərin və mülki əhalinin şimal-qərbdə İdlibə təxliyyə edilməsi haqda razılıq əldə edib.
Bunun döyüşçülərin təxliyyəsi də daxil olmaqla, daha geniş razılığın bir hissəsi olub-olmadığı aydın deyil. Lakin Suriya dövlət televiziyasının verdiyi məlumatda razılığın əldə edildiyinə işarə edilib.
Suriya ordusunun komandanlığı şənbə günü Şərqi Qutanın şəhərləri və kəndlərinin çoxunun nəzarətini ələ aldığını və Dəməşq ətrafında ən böyük şəhər mərkəzi olan Dumada hərbi əməliyyatları intensivləşdirdiyini bildirib.
Faylaq Ər-Rəhman qrupu keçən ay Suriya ordusu ilə Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılığa əsasən, İdlibə təhlükəsiz keçidin təmin olunması şərti ilə Şərqi Qutada bir sıra şəhərlərin nəzarətini təhvil vermək haqda razılıq əldə edib.
Dumanın nəzarətinin itirilməsi üsyançılar üçün 2016-cı ildən sonra ən böyük məğlubiyyətdir. Bununla üsyançılar Dəməşqə ən yaxın ərazilərdəki istinadgahlarından çəkilmiş olur.
Bir zamanlar böyük ticarət mərkəzi olan ərazi Dəməşq ətrafında prezident Bəşar Əsəd hakimiyyətinə qarşı yeddi il əvvəl münaqişəyə gətirib çıxarmış küçə nümayişlərinin başlandığı yerdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?