Leninqrad vilayətindəki ağac emalı müəssisəsinin ərazisində güclü yanğın baş verib.
gundemxeber.az ədə etdiyi xəbərə görə, yanğın Boksitoqorsk rayonu, Samoylovsk kənd yaşayış məskənlərinin olduğu Çudtsa kəndində yerləşən müəssisədə qeydə alınıb.
Yanğın-xilasetmə dəstəsinin gəlişindən sonra 400 kvadratmetrlik hazır məhsul anbarının yandığı müəyyənləşdirilib.
Külək yanğının söndürülməsini çətinləşdirir. Ümumilikdə yanğının söndürülməsinə 73 nəfər və 26 texnika cəlb olunub.
Bundan əvvəl, martın 25-də Kemerovodakı “Qış albalısı” ticarət mərkəzində dəhşətli yanğın qeydə alınıb.
Rəsmi məlumata görə, nəticədə 41-i uşaq olmaqla 64 nəfər həlak olub.
Martın 28-də isə Sankt-Peterburqda avtomobil salonu yanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?