GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tramp Putindən, Putin Trampdan nə istəyir?

Tramp Putindən, Putin Trampdan nə istəyir?

Tarix: 4-04-2018, 15:34 Bölmə :Dünya Baxış: 373
Tramp Putindən, Putin Trampdan nə istəyir?


“The Week” jurnalında Paul Waldman yazır ki, hələ 2013-cü ildən Trump-ın ən böyük arzusu Vladimir Putinin dostu olmaq idi.

O bilirdi ki, onlar bir müddət bir yerdə olsalar, canbir-qəlb dosta, ayrılmaz yoldaşa çevriləcəklər.

Lakin Putin ona biganə idi və Trump kiməsə qarşılıqsız məftun olan axmaqlar kimi əldə edə bilmədiyini istəyirdi.

2013-cü ildə Rusiyaya səfəri zamanı Trump Putinlə görüşmək imkanından həyəcanlanmışdı.

Həmin iyun ayında yazıdığı tvitdə o bu həyəcanını gizlətmirdi. “Düşünürəm ki, Putin Miss Kainat yarışına gələr və əgər gələrsə mənim ən yaxşı dostum ola bilər”.

“Lakin onun Moskvaya səfər müddəti azalırdı və o Putindən səs-soraq çıxmadığını gördükcə narahat olurdu, – David Corn və Michael Isikoff özlərinin “Rus ruleti: Putinin Amerikaya qarşı müharibəsinin və Donald Trump-ın seçilməsinin gizlinləri” kitabında yazırlar: “Putin gələcəkmi?” – deyə Trump elə hey soruşurdu, – Lakin sonunda ona dedilər ki, Putin yol tıxaclarına görə gələ bilməyəcək”.

Bu lap ona bənzəyir ki, məftun olduğun adam sənə deyir: “Hə, bilirsən, sənin qonaqlığına gələrdim e…Amma bir işim çıxıb, gəl başqa vaxta saxlayaq”.
Konqres ötən il Rusiya üzərinə yeni sanksiyalara dair qanun qəbul edib və Trump çox könülsüz olsa da, onu imzalayıb
İndi isə Trump elə bir mövqedədir ki, Putin onun dəvətindən çətin imtina edə bilər: Gəl Ağ Evə, sənin üçün qırmızı xalı-xalça sərim”.

Belə bir dəvətin olduğunu Rusiya höküməti bəyan edib. Moskva bunu da bildirib ki, dəvət Trump-ın Putinə telefon zəngi zamanı səslənib.

Amma Ağ Ev daha ehtiyatlı tərpənərək bildirib ki, “iki lider çox da uzaq olmayan gələcəkdə görüşməyi qərarlaşdırıblar və mümkün görüş yerlərindən biri də Ağ Ev ola bilər”.

Elə isə Trump Putindən nə istəyir və Putin Trump-dan nə istəyir? – müəllif yazır.

Məqalədə deyilir ki, başqa bir vaxtlarda Rusiya bizi ümumiyyətlə maraqlandırmazdı. İki ölkə arasında, xüsusilə də Çin və Kanada ilə müqayisədə malların və xidmətlərin mübadiləsi cüzidir və cəmi 1 faiz təşkil edir.

Yəni, Trump Rusiya ilə münasibətlərdən qəti narahat olmamalıdır. Rusiya bütün dünyaya mədəniyyət yaymır və dünyanın 12-ci iqtisadiyyatı olsa da, beynəlxalq iqtisadiyyatda ortabab oyunçudur.

Əslində Rusiya bir vaxtlar Birləşmiş Ştatlarla kəllə-kəlləyə gələn Sovet İttifaqının cılız kölgəsidir. İndi Rusiyanın nüfuz dairəsi onun öz regionundan kənara çıxmır.

Əlbəttə, Putinin əlindən xata çıxa bilər. Burda müdaxilə edə bilər, orda seçkiyə qarışar, arabir də sui-qəsdlər düzəldər. Amma əgər o Trump-ın seçilməsinə böyük ümidlər bağlayırdısa, indi yəqin ki, pərtdir.

Trump seçiləndən bəri “biz Rusiya ilə yola getsək yaxşı şey olar” desə də, o Ağ Evə gələndən bəri iki ölkə arasında münasibətlər daha da pisləşib.

Buna səbəb Amerika hakimiyyətinin bütün qollarıdır – istər Konqres olsun, istərsə də xarici siyasət idarəsi, hətta bəzi hallarda onun öz müşavirləri prezidentin əleyhinə gedirlər.

Konqres ötən il Rusiya üzərinə yeni sanksiyalara dair qanun qəbul edib və Trump çox könülsüz olsa da, onu imzalayıb.

Dekabr ayında administrasiya Ukraynaya Rusiya təcavüzünə qarşı dayana bilməsi üçün döyüş silahlarının verilməsi barədə qərar qəbul edib.

Son günlərdə isə İngiltərədə keçmiş Rusiya casusunun zəhərlənməsinə görə 20-dən çox ölkə Moskvanın diplomatlarını qovub.

Birləşmiş Ştatlar keçmiş casus Skripal və qızı Yulianın zəhərlənməsində Rusiyanı günahlandırır
Nə olursa-olsun, Trump Putinin ümidlərini doğrultmayıb. Bu, qismən də Trump-ın Rusiyaya qarşı daha sərt mövqe tutulmasını istəyən qüvvələrin öhdəsindən gələ bilməməsi ilə bağlıdır, lakin ikinci bir tərəfdən onun ümumiyyətlə “o zəhrimar xarici siyasət xəttinə” riayət edə bilməməsi də əsas səbəbdir.

Trump üçün prezidentlik şəxsi məsələdir. O istəsə Kim Jong Un-la nüvə silahları ilə danışa bilər. Onun üçün əsas budur ki, o Putini xoşlayır, Amerikanın Rusiyaya münasibəti isə onu qətiyyən narahat etmir.

Putinə gəlincə isə, o istədiklərindən bəzilərinə nail olub. Xoşlamadığı Hillary Clinton seçkidə uduzub. Digər tərəfdən belə bir təbliğat və hay-küylə müşayiət olunan seçki kampaniyası bütün Qərb demokratiyasını gözdən salıb.

Amma keçən il bəlli olub ki, Trump Rusiyaya qarşı sanksiyaları qaldırmaq iqtidarında deyil. Xüsusilə də Putinin öz düşmənlərini belə dramatik vasitələrlə qətlə yetirdiyi bir vaxtda.

Odur ki, Trump ən yaxşı halda Putinə yalnız simvolik qələbələr qazandıra bilər.

Putin ilk dəfə seçkiləri qazanan zaman Rusiyada həyat necə idi?
Məsələn, bütün müşavirlərinin “ONU TƏBRİK ETMƏ” xəbərdarlığına baxmayaraq Trump Putini təbrikləyib.

Ona görə də Putin bilir ki, o nə qədər adamı danlasa da, qətlə yetirsə də, Trump ona heyrandır.

İndi Ağ Evə dəvət də Putinə müəyyən status verəcək: O, dünyanın ən güclü ölkəsinin lideri ilə görüşdü və hörmət gördü. Amma Putin Moskvaya bundan artıq heç nə apara bilməyəcək.

Əgər işlər belə getsə, Trump Putindən istədiyini ala bilər: Onun gözlərinin dərinliyinə baxa, əlini dostcasına onun çiyninə qoya bilər.

Və nəhayət, Putin onun istədiyini deyə bilər: “Hə, Donald. Biz dostuq”.

Əgər belə bir dostluğun hər hansı dəyəri varsa…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağ Ev və Kreml: Trump və Putin 'birgə işləmək' razılığına gəliblər

    Ağ Ev və Kreml: Trump və Putin 'birgə işləmək' ...

    30-01-2017, 21:28

  • 
  • Putin ABŞ telekanalına Trump-ın keçmiş müşaviri ilə görüşündən danışıb

    Putin ABŞ telekanalına Trump-ın keçmiş müşaviri ...

    5-06-2017, 16:28

  • 
  • Trump-ın oğlu, kürəkəni və yardımçısı ifadə verəcək

    Trump-ın oğlu, kürəkəni və yardımçısı ifadə ...

    20-07-2017, 11:12

  • 
  • NATO Trump-a sərt xəbərdarlıq etdi

    NATO Trump-a sərt xəbərdarlıq etdi ...

    14-11-2016, 17:51

  • 
  • Trump-a qarşı aksiyalar başlayıb

    Trump-a qarşı aksiyalar başlayıb ...

    16-01-2017, 00:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu