İngiltərə Xarici İşlər Nazirliyi keçmiş QRU zabiti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində istifadə edildiyi iddia edilən sinir qazının (Noviçok) birbaşa Rusiyadan gətirildiyinə dair paylaşılan məlumatı silib.
İngiltərənin hərbi laboratoriyası "Porton-Daun"un sədri Eytkenhed Skripal və qızının zəhərlənməsində istifadə edilən kimyəvi maddənin Rusiyada istehsal edilmədiyini deyib. Bu açıqlamadan dərhal sonra XİN Tvitter hesabında paylaşılan tviti silib.
***
“Skay Nyus” xəbər verib ki, Britaniya XİN 22 martda yayımlanan tviti Böyük Britaniyanın Rusiyadakı səfiri Lori Bristounun sözlərinə istinadla yaydığını açıqlayıb. Bu tvitdə deyilir:
“Porton-Daunda aparılan analizlər təsdiqləyir ki, Skripal və onun qızının zəhərlənməsində istifadə edilən “Noviçok” hərbi sinir-iflicedici maddəsi Rusiyada istehsal olunub”.
Ancaq qısa müddətdən sonra aydınlaşıb ki, fikirdə texniki səhv var. Bu, tvitin səhərisi günü Porton-Daun laboratoriyasının rəhbəri Eytkenhedin açıqlaması ilə üzə çıxıb. O deyib: “Ekspertlər Skripal və qızının zəhərlənməsində istifadə edilən qazın Rusiyada istehsal edildiyini sübut edə bilməyiblər”.
Buna görə də tvit silinib.
Qeyd edək ki, Skripal olayı ilə bağlı araşdırmanın Rusiya ilə birgə davam etdirilməsi barədə Moskvanın təklifini Britaniya yenidən rədd edib.|sputnik.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?