Ketrin Eşton yazılı bəyanatında tərəfləri təmkinli olmağa çağırıb
Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Ketrin Eşton Misirdə baş verən hadisələrə münasibət bildirib. Eşton yazılı açıqlamasında Misirdə dünən axşam baş verənləri "çevriliş" adlandırmayıb.
"Misirdəki hadisələri cəmiyyətdəki dərin fikir ayrılığını, siyasi dəyişiklik istəklərini və uzlaşma təşəbbüslərini duyaraq izləyirəm. Bütün tərəfləri demokratiya çərçivəsində parlament seçkilərinin keçiriləcəyi və konstitusiyanın qəbul ediləcəyi demokratik keçid prosesini tamamlamağa çağırıram." - AB nümayəndəsi belə deyib.
Ketrin Eşton həmçinin Misirdə etiraz aksiyalarında zorakılığı pisləyib. "Ümid edirəm ki, yeni hökumət insan haqlarına və azadlıqlarına hörmət edən, hüququn üstünlüyünü qoruyan və digər səlahiyyətli şəxslərin üzərinə də bu məsələdə öhdəlik qoyan bir davranış nümayiş etdirəcək. Bütün zorakılıq hallarını qəti şəkildə pisləyir və həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Misir təhlükəsizlik qüvvələrini də Misir xalqının təhlükəsizliyini və həyatını qorumaq naminə əllərindən gələn hər şeyi etməyə dəvət edirəm. Bütün tərəfləri mümkün olduğu qədər təmkinli olmağa çağırıram." - Avropa Birliyi nümayəndəsinin bəyanatında belə deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?