ABŞ-ın dövlət katibi Kerri Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton ilə Ukraynada gedən prosesləri müzakirə edib. Kerri paytaxt Vaşinqtonda təşkil edilən mətbuat konfransında mayın 11-də Ukraynanın şərq bölgəsində Luqansk və Donetsk vilayətlərində keçirilməsi planlaşdırılan referendumun Ukraynanı daha da böləcəyini bildirib. "Ukraynanı parçalayacaq qanunsuz addımları qəti şəkildə pisləyirik. Bu, Krımda oynanan ssenarinin təkrarıdır" - deyə Kerri sözlərinə əlavə edib. Kerri daha sonra mayın 22-24-də Rusiyada keçiriləcək "St. Peterburq Beynəlxalq İqtisadi Formu"na amerikalı nümayəndələrin getməməsi xəbərdarlığını edib. Obama rəhbərliyinin bu xəbərdarlığından sonra iştirakçılar siyahısında olanların bir çoxu səfərini ləğv edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?