BMT-nin Təhlükəsizlik Şurası Suriyadakı Duma şəhərində kimyəvi hücuma görə iclas keçirib.
İclasda gərginlik olub. Suriyanın BMT-dəki daimi nümayəndəsi çıxış edəndə ABŞ, İngiltərə və Fransa nümayəndələri iclas salonunu tərk ediblər.
ABŞ nümayəndəsi Nikki Haley deyib: “Sadəcə bir vəhşi bunu edə bilər. Sadəcə bir vəhşi mülki əhalini hədəf ala bilər”.
Rusiyanın nümayəndəsi isə, ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin ciddi nəticələri olacağını bildirib. İngiltərənin nümayəndəsi isə bildirib ki, Dumada baş verənlərə görə istintaq başlamalıdır.
Suriya tərəfi isə kimyəvi hücum iddiasını rədd edib.
Sorğu
Yeni dizaynımız necədir?