GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ kəşfiyyatının rəhbərindən gizli savaş açıqlaması

ABŞ kəşfiyyatının rəhbərindən gizli savaş açıqlaması

Tarix: 14-04-2018, 10:55 Bölmə :Dünya Baxış: 248
ABŞ kəşfiyyatının rəhbərindən gizli savaş açıqlaması


Senatda ifadə verən Mayk Pompeo bu ilin fevralında 100-dən çox rusun öldüyü hücumun planlı əməliyyat olduğunu etiraf edib

Ötən ay Tramp tərəfindən ABŞ dövlət katibi postuna təyin olunan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Suriyada çoxlu sayda rusların ölməsindən danışıb. Yeni təyinatı ilə bağlı Senat komitəsində sualları cavablandıran Pompeo bir sıra mövzulara toxunub. ABŞ-ın gələcək dövlət katibinə əsas suallar Rusiya, İran, Suriya. Şimali Koreya kimi qalmaqallı mövzular barədə olub.

ABŞ xarici siyasətinin Suriyada əsas hədəfinin “Əsəd sonrası dönəmin hazırlanması” olduğunu deyən Pompeo Dəməşqi “uğursuz dövlət” adlandırıb. Eyni zamanda suallara cavab olaraq deyib ki, prezident özü birbaşa Suriyanı vurmaqla bağlı qərar verməlidir.

Rusiya haqqında danışarkən keçmiş kəşfiyyat və gələcək xarici siyasət rəhbəri ABŞ-ın Rusiyaya qarşı sərt addımlarından danışıb və nümunə kimi fevral ayında Deyr əz-Zorda baş verənləri qeyd edib. Pompeo deyib ki, bir neçə həftə əvvəl ruslar Deyr əz-Zorda öz metodları ilə qarşılaşmalı olublar və bu zaman bir neçə yüz rus öldürülüb.

Pompeonun haqqında danışdığı hadisə fevral ayında baş vermiş və uzun müddət dünya mediasında müzakirə olunmuş “Vaqner” silahlıları ilə bağlı hadisədir. Sonradan bəlli olduğuna görə, fevralın 7-dən 8-ə keçən gecə rusların da olduğu silahlı birliklər kürdlərin nəzarətində olan Deyr əz-Zordakı neft bölgələrinə hücum edərkən gözlənilmədən ABŞ ordusunun hücumuna məruz qalıb. Məlumatlara əsasən ABŞ aviasiyası vertolyotlarla silahlıların kolonuna hücum edib və qırğın törədiblər. Hücuma məruz qalan silahlılar arasında Suriyada hərbi əməliyyatlarda iştirak edən “Vaqner” özəl hərbi şirkətinin muzdluları da olub. Bəzi iddialara görə amerikalıların bombardmanı nəticəsində 200 rus öldürülüb. Ancaq ruslar bu məlumatları təkzib edir, itkilərin sayının az olduğunu bildirirlər.

“Bloomberg” agentliyi fevralın 13-də xəbər yayıb ki, ABŞ qüvvələri Suriyada fevralın 7-də baş vermiş insident zamanı “Rusiyanın çox sayda müqaviləli əsgərini öldürüb”. Xəbərdə qeyd olunurdu ki, Deyr əz-Zor rayonunda ABŞ və onun dəstəklədiyi qüvvələrin (SDQ - kürdlər - K.R) nəzarətindəki bazaya və neftayırma qurğusuna uğursuz hücum zamanı əksəriyyəti rusiyalılar olmaqla 200-dən çox muzdlu əsgər öldürülüb. “Bloomberg” adı çəkilməyən Rusiya “muzdlu komandirinə” istinadən yazır ki, ölü sayının artacağı gözlənilir, belə ki, onun komandası altında olmuş onlarca döyüşçü hazırda Moskva və Sankt Peterburqun xəstəxanalarında müalicə olunur.

Ancaq rəsmi Moskva itkilərin az olduğunu bəyan edib, 200 rusiyalının öldürülməsi xəbərinin həqiqəti əks etdirmədiyini bildirib. Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyi də daha əvvəl məlum əməliyyatdan xəbərsiz olduğunu açıqlasa da, sonradan etiraf edib ki, Amerika qüvvələri də hücum edən Suriya hökumət qüvvələrinə qarşı əməliyyat həyata keçirib və bu zaman 100 rusiyalı öldürülüb. ABŞ rəsmiləri məlum insident zamanı 100 nəfərin öldürüldüyünü və 200, yaxud da 300 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, bu hadisə Vaşinqton-Moskva xəttində onsuz da gərgin olan münasibətlərə bir az da gərginlik qatıb. Hətta bundan sonra Rusiya Suriyaya ən müasir “ovçu” təyyarələrini göndərib və Deyr əz-Zorda bombardmanları gücləndirib. Eyni zamanda Şərqi Quta və İdlib ərazisində aralarında amerikalıların olduğu silahlıların öldürülməsi ilə bağlı xəbərlər servis edilib. Bu hücumdan az sonra Suriya ordusunun Şərqi Qutada əməliyyat başlatmasını da bəzi yerli ekspertlər məhz oradakı amerikalı təlimatçıların olması ilə əsaslandırıblar.

Ancaq maraqlıdır ki, bu hadisəni ilk gündəkindən fərqli olaraq indi ABŞ kəşfiyyatının rəhbəri məhz rusların cəzalandırılması kimi qiymətləndirib. Bu da onu göstərir ki, Deyr əz-Zordakı məlum hadisə planlı olub, rusları cəzalandırmaq məqsədi daşıyıb. Bu isə yeni situasiyadır. Çünki daha əvvəl bu hadisənin planlı olmadığı, ən azı siyasi rəhbərliyin belə bir plandan əvvəlcədən xəbəri olmadığı görüntüsü vardı. İndi isə Pompeo bu hadisənin bir cəzalandırma əməliyyatı olduğunu bildirir. Aydın olur ki, daha əvvəl də yazdığımız kimi, Suriyada bir çox güclər, o cümlədən Rusiya və ABŞ arasında gizli bir savaş gedir. İrəlidə bu savaş daha da qızışacaq və açıq aparılacaq.

Yeri gəlmişkən, Pompeo həm də ABŞ-ın gələcək xarici siyasət idarəsi rəhbəridir. Bu da Vaşinqtonun gələcək siyasətini və Moskvaya qarşı nə qədər sərt olacağını bəri başdan göstərir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Tillersonu vəzifəsindən kənarlaşdırıb

    Tramp Tillersonu vəzifəsindən kənarlaşdırıb ...

    14-03-2018, 11:53

  • 
  • Mayk Pompeo Senatın ciddi sualları ilə qarşılaşıb

    Mayk Pompeo Senatın ciddi sualları ilə qarşılaşıb ...

    13-04-2018, 11:16

  • 
  • Savaş təhlükəsi: MKİ ŞEFİNDƏN XƏBƏRDARLIQ

    Savaş təhlükəsi: MKİ ŞEFİNDƏN XƏBƏRDARLIQ ...

    20-10-2017, 13:05

  • 
  • ABŞ Rusiyayla münasibətdə “yumşaq siyasət”ə son verir

    ABŞ Rusiyayla münasibətdə “yumşaq siyasət”ə son ...

    12-04-2018, 13:48

  • 
  • Respublikaçı senatorlar Pompeo və Haspellə bağlı fərqli fikirlərə sahibdir

    Respublikaçı senatorlar Pompeo və Haspellə bağlı ...

    19-03-2018, 12:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (428)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu