GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı - “Əl-Cəzirə”dən sensasion İDDİA

Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı - “Əl-Cəzirə”dən sensasion İDDİA

Tarix: 16-04-2018, 18:05 Bölmə :Dünya Baxış: 289
Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı - “Əl-Cəzirə”dən sensasion İDDİA


Kreml ABŞ-ın və müttəfiqlərinin Suriyadakı obyektlərə zərbələrinin hədəfləri barədə məlumatı Dəməşqə, Tehrana, həmçinin Suriyada fəaliyyət göstərən “Hizbullah” qruplaşmasına ötürüb.

gundemxeber.az virtualaz.org-a istinada xəbər verir ki, bu məlumatı “Əl-Cəzirə” telekanalı yayıb.

Həmin mənbəyə istinad edən “NEWSru Israel” saytı qeyd edir ki, “Əl-Cəzirə” mütəmadi olaraq sonradan təsdiqini tapmayan xəbərlər dərc edir. Bununla birlikdə, İsrail saytı hesab edir ki, əvvəlcədən xəbərdarlıq faktı “demək olar ki, şübhə doğurmur”.

ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri tərəfindən Suriyadakı hədəflərə zərbənin endirilməsinə bir neçə gün qalmış Rusiyanın hərbi gəmiləri Tartus limanını tərk etmişdi. Hmeymim və Tartus bazalarını qoruyan Rusiya hava hücumundan müdafiə vasitələri işə salınmadı. Kütləvi raket zərbəsi nəticəsində heç bir rusiyalı xəsarət almadı

Fəqət “Əl-Cəzirə” iddia edir ki, zərbənin hazırlanması barədə əlaqələr bununla məhdudlaşmayıb. İranın “Qüds” qüvvələrinin komandanlığındakı mənbə xəbər verir ki, ABŞ prezidenti Donald Tramp şəxsən telefonla Rusiya prezidenti Vladimir Putini Suriyadakı hədəflər və zərbənin endirilməsi vaxtı barədə məlumatlandırıb. Məlumatda deyilir ki, bu söhbətdən sonra Moskva Dəməşq, Tehran və Livan “Hizbullah”ı ilə qüvvələrinin zərbələrin endiriləcəyi rayonlardan çıxarılmasını razılaşdırıb.

Elə həmin mənbəyə görə, rusiyalılar “son anda” öz müttəfiqlərini amerikalılarla anlaşma barədə xəbərdar ediblər və bildiriblər ki, bu zərbəyə qarşılıq verməyəcəklər. Xəbərdə qeyd olunur ki, İran və Suriya bu qərardan narazı qalıblar. Moskva isə əlavə edib ki, bu, “böhrandan yeganə çıxış yoludur”.

“Əl-Cəzirə” həmçinin iddia edir ki, ABŞ və İsrail Kremlin iranlıların və “Hizbullah”ın öz qüvvələrini Suriyadan çıxarması üçün onlara təzyiq göstərilməsi məsələsində dəstəyini qazanmaq istəyib. Lakin Moskva bu tələbi rədd edib və razılaşıb ki, İranı “əvvəlcədən razılaşdırılmış qırmızı xətləri keçməməyə”, ələlxüsus kimyəvi silahdan istifadə etməməyə inandırmağa çalışacaq.

Qeyd edək ki, Rusiya KİV-lərində də ehtimallar səslənir ki, rusiyalılar Əsəd qoşunları üçün “canlı qalxan” rolunu oynayırlar. Şərhçi Roman Popkov “MBX-Media” saytında yazır ki, Rusiya qoşunlarının Suriyada mövcudluğu ABŞ-ın hədəf seçimini məhdudaşdırır, suriyalılar isə texnikalarını, misal üçün, Hmeymim bazasında gizlədə bilərlər. Aprel zərbəsindən az öncə Fransada dərc olunan “Le Figaro” qəzeti də bu barədə BMT-dəki mənbəyə istinadən yazmışdı.

Arxada qalan həftənin şənbə gününə keçən gecə ABŞ prezidenti Tramp Suriyanın Duma şəhərində ehtimal olunan kimyəvi silah tətbiqi ilə hücuma cavab olaraq, bu ölkəni raket atəşinə tutmaq barədə əmr verib. Tramp Rusiyanı və İranı Əsəd rejimini dəstəklədiklərinə görə kəskin tənqid edib. ABŞ-la birgə raket zərbələrini Böyük Britaniya və Fransa da həyata keçirib. Bu arada qeyd etmək yerinə düşər ki, zərbə endirildikdən az sonra NATO bu hücum barədə Rusiyaya xəbərdarlıq edilmədiyini bildirmişdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın müdafiə nazirliyi: “Dəməşqə 100 raket atılıb”

    Rusiyanın müdafiə nazirliyi: “Dəməşqə 100 raket ...

    14-04-2018, 12:40

  • 
  • Prezident İlham Əliyev Əl-Cəzirə televiziyasının müxbirinə müsahibə verib

    Prezident İlham Əliyev Əl-Cəzirə televiziyasının ...

    8-02-2017, 23:12

  • 
  • İŞİD-in İraq və Suriyadakı mövqelərinə daha 20 hava zərbəsi endirilib

    İŞİD-in İraq və Suriyadakı mövqelərinə daha 20 ...

    6-12-2014, 23:37

  • 
  • Fəallar: Suriyadakı hava zərbələri nəticəsində dinc sakinlər həlak olub

    Fəallar: Suriyadakı hava zərbələri nəticəsində ...

    6-06-2017, 14:42

  • 
  • ABŞ-ın NATO ilə hücumuna saatlar qaldı: Rusiya nə edəcək?

    ABŞ-ın NATO ilə hücumuna saatlar qaldı: Rusiya nə ...

    10-04-2018, 23:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (402)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu