GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Trampın yeni Suriya strategiyası - kürdlərə daha çox dəstək, ərəbləri isə...

Trampın yeni Suriya strategiyası - kürdlərə daha çox dəstək, ərəbləri isə...

Tarix: 19-04-2018, 11:05 Bölmə :Dünya Baxış: 267
Trampın yeni Suriya strategiyası - kürdlərə daha çox dəstək, ərəbləri isə...


Yaxın dövrdə Ankara-Vaşinqton xəttində gərginlik arta bilər

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) gələn ilki büdcəsində Suriyada silahlı qruplara 300 milyon dollar ayrılması nəzərdə tutulur. “Sputnik” xəbər verir ki, bu faktı Türkiyə mətbuatı üzə çıxarıb. Söhbət Suriyada İŞİD-ə qarşı mübarizə aparan qrupların, konkret olaraq Suriya Demokratik Qüvvələrinin dəstəklənməsi layihəsindən gedir. Hansı ki, aralarında PYD/YPG kimi terror təşkilatları da var.

Məlumatda bildirilir ki, Pentaqon fevral ayında 2019-cu maliyyə ili üçün müdafiə büdcəsini Konqresə təqdim edib. Büdcədə həmçinin sərhəd təhlükəsizliyi üçün həmin qruplara 250 milyon dollarlıq yardım nəzərdə tutulub.

Məlum olduğu kimi, Vaşinqton Suriyada müharibə başladıqdan sonra hökumətə qarşı savaşan silahlı qrupları dəstəkləyirdi. Ancaq 2013-cü ildən sonra tədricən bu yardımlar azaldı və 2014-cü ildə Vaşinqton əsasən İŞİD-ə qarşı savaşan kürd qruplarını dəstəkləməyə başladı. Kürdlər Suriyanın şimalında İŞİD-in yayılması qarşısında maneə idi və Vaşinqton PYD-nin silahlı qanadı YPG-ni silah-sursat, maddi və digər istiqamətlərdə dəstəkləməyə başladı. 2016-cı ildə isə PYD digər etnik qruplarla birləşərək Suriya Demokratik Qüvvələri koalisiyasını yaratdı. Bu koalisiya Suriyanın şimalında İŞİD-ə qarşı savaşın əsas güclərindən biri oldu və Vaşinqton tərəfindən hərtərəfli şəkildə dəstəkləndi. Ötən ilin mayında ABŞ prezidenti İŞİD-in Suriyadakı “paytaxtı” Raqqa şəhərinə əməliyyatı dəstəkləmək üçün SDQ-yə və onun içərisində YPG-yə 300 milyon dollar dəyərində tank, zirehli maşınlar da daxil olmaqla silah və sursat verdi.

Ancaq bu dəstək Ankaranı narazı salır. Çünki, birincisi, Türkiyə PYD/YPG kimi təşkilatların PKK-nın Suriya qolu olduğunu və konkret olaraq terrorçu fəaliyyətlərlə məşğul olduğunu bəyan edir. Bu səbəbdən də Suriyadakı terror təşkilatına edilən yardımlar həm də Türkiyəyə birbaşa təhdid edir. YPG həm Suriya ərazisindən birbaşa Türkiyə ərazilərini hədəfə alır, həm də Türkiyə ərazisində fəaliyyət göstərən PKK-ya dəstək verməklə Türkiyəyə zərbə vurur. İkincisi isə, kürdlərin Suriyanın şimalında möhkəmlənməsi Türkiyə üçün Suriyanın gələcək siyasi taleyi baxımından əlverişsizdir. Çünki Türkiyə YPG-ni bu bölgədən çıxarmaq və dəstəklədiyi Suriya müxalifətinin nəzarət etməsini istəyir. Çünki belə olarsa, Suriya sərhədləri Türkiyə üçün daha etibarlı və mühafizə olunan olacaq, eyni zamanda Suriyanın gələcək taleyi siyasi müzakirələrə çıxarılarkən, Ankaranın dəstək verdiyi müxalifət daha güclü mövqedə olar və ölkənin siyasi keçid prosesində daha çox pay götürə bilər. Bu səbəbdən də Ankara Vaşinqtonun kürdlərə verdiyi dəstəyi dayandırmasını tələb edir.

Vaşinqton isə, təbii ki, Suriyanın şimalında kürdlər üzərindən daha ciddi siyasi layihələri həyata keçirmək istəyir. Söhbət kürdlərin Suriyanın şimalında muxtariyyət əldə etməsindən gedir. Hazırda ABŞ ordusunun Suriyanın şimalında 20-dək hərbi bazası var. Amma Tramp Suriyada ordu xərclərini ərəb ölkələrinin üzərinə yükləmək istəyir. Eyni zamanda ABŞ istəyir ki, ərəb ölkələri öz hərbçilərini regionda yerləşdirsin.

Bu həm də o deməkdir ki, ABŞ Suriyada məsuliyyəti öz üzərindən atmağa çalışır. Yəni ərəb ölkələrinin Suriyaya cəlb olunması Türkiyə üçün əlavə problemə səbəb olacaq. Çünki daha əvvəl bu mövzuda Vaşinqtonla anlaşmağa çalışan Ankara indi ərəb ölkələri ilə də dil tapmağa və onların şərtləri ilə razılaşmağa məcbur olacaq. Doğrudur, ekspertlər Vaşinqtonun bu tezliklə Suriyanı tərk edəcəyini inandırıcı saymır. Çünki ABŞ Suriya kimi aktiv bölgədən çəkilməklə İran və Rusiyanın güclənməsinə səbəb olmaq istəməz. Belə məlum olur ki, Tramp bununla hərbi xərcləri ərəb ölkələrinin üzərinə yükləməklə Vaşinqtonu Suriya müharibəsinin ağır yükündən xilas etməyə çalışır, digər tərəfdən də siyasi məsuliyyəti azaltmaq istəyir.

Belə görünür ki, 2019-cu ilin hərbi büdcəsində Suriyada İŞİD-ə qarşı savaşan qüvvələrə, yəni kürdlərə yardım nəzərdə tutulması ABŞ-ın ən azından qarşıdakı illərdə bölgədə olacağını və kürdlərə dəstək verməkdə davam edəcəyini göstərir. Özü də yalnız deyil, Avropa və ərəb ölkələrini də yanına alaraq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pentaqon Rusiyanın Suriyada əməkdaşlıq təklifinə cavab verdi

    Pentaqon Rusiyanın Suriyada əməkdaşlıq təklifinə ...

    22-02-2017, 11:47

  • 
  • Türkiyə ordusu Suriyada İŞİD-in 217 mövqeyini məhv etdi

    Türkiyə ordusu Suriyada İŞİD-in 217 mövqeyini ...

    18-12-2016, 17:46

  • 
  • ABŞ: YPG-ə verilən silahlar barədə Türkiyəni məlumatlandıracağıq

    ABŞ: YPG-ə verilən silahlar barədə Türkiyəni ...

    2-06-2017, 17:56

  • 
  • Pentaqon: Rusiya və İran Suriyada vəziyyətin stabilləşməsinə yardım edirlər

    Pentaqon: Rusiya və İran Suriyada vəziyyətin ...

    23-07-2017, 13:19

  • 
  • Ərdoğan: Türkiyə Suriya ilə bütün sərhədini təmizləyəcək

    Ərdoğan: Türkiyə Suriya ilə bütün sərhədini ...

    28-01-2018, 22:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (387)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu