Hindistanın şimalında tənzimlənməyən dəmiryol xəttini keçən məktəb avtobusu qatarla toqquşub. Cümə axşamı baş verən hadisə nəticəsində 13 uşaq və avtobusun sürücüsü həyatını itirib.
Polisin verdiyi məlumata görə, Kuşinaqar şəhərində baş vermiş qəzadan sonra daha 8 uşaq ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hadisənin səbəblərini araşdırır. Hindistanın xüsusilə kənd ərazilərində yüzlərlə tənzimlənməyən dəmiryol keçidi var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?