Nikol Paşinyan Karen Karapetyanla görüşməli olduğu “Mariot” otelə gəlib.
gundemxeber.az realliqinfo.org-a istinadən xəbər verir ki, Paşinyan burada jurnalistlərin suallarını cavablandırmağa başlayıb.
Qeyd edək ki, Karapetyan az öncə Paşinyanla görüşdən imtina edib.
***
Mətbuat konfransında Paşinyan deyib ki, bu gün aksiyalar Gümrüdən başlayıb: "İndi Gümrüyə dönməyimiz simvolik aktdır. Bütün aksiyalar iki günlük dayanır. Səbəb insanların istirahət etməsidir”.
***
Nikol Paşinyan yeni aksiyalarla bağlı çıxış edib:
“Ermənistanın bütün əhalisini mayın 1-də 08:00-da bütün küçələri doldurmağa səsləyirəm. Ümid edirəm ki, Daşnaksütyun və Çiçəklənən Ermənistan Partiyası mayın 1-nə qədər mövqelərini dəqiq müəyyən edəcəklər”.
O, Karapetyanın görüşə gəlməməsinə də aydınlıq gətirib:
“Karapetyan danışıqları aparan şəxs kimi gücünə əmin deyil. Əgər o özünə əmin deyilsə, Qarabağla bağlı danışıqları necə aparacaq?
Rusiya Ermənistanın daxili işlərinə müdaxilə etməyəcək. Dəfələrlə demişəm ki, bu aksiyanın geosiyasi konteksti yoxdur. Nalbəndyanın Moskvada nələri müzakirə etdiyini bilmirəm. Yəqin ki, görüntü yaratmaq istəyirlər ki, guya hakimiyyətə xaricdən dəstək var”.
***
Nikol Paşinyan deyib ki, keçmiş prezident Robert Köçəryanın hakimiyyətə qayıtması barədə danışıqlar ciddi deyil:
“Əgər Respublika Partiyası Ermənistandakı mövqelərindən əl çəkməsə, böhran dərinləşəcək. Xalqın qələbəsinin əlindən alınmasına izn verməyəcəyik”.
O, təkliflərinin Ermənistandakı siyasi böhranın həllinə yönəldiyini bildirib:
“Respublika Partiyası isə bu böhranı daha da dərinləşdirir. Karapetyanın fəaliyyətləri bizim haqlı olduğumuzu göstərir. Karapetyan Serj Sərkisyanın yolu ilə gedir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?