GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistan: Mitinqlər paytaxtdan kənara çıxır

Ermənistan: Mitinqlər paytaxtdan kənara çıxır

Tarix: 27-04-2018, 16:34 Bölmə :Dünya Baxış: 574
Ermənistan: Mitinqlər paytaxtdan kənara çıxır


Ermənistanda növbəti mitinq ölkənin ikinci şəhəri Gümridə elan edilib.

Serj Sarkisyan və onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP) hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan bunu paytaxtda keçirilən dünənki mitinqdə elan edib.

"Yerevanda aksiyalar müvəqqəti dayandırılır. Qoy fəallarımız bir-iki gün istirahət edib güclərini bərpa etsinlər", - Paşinyan cümə axşamı Yerevan mərkəzindəki mitinqdə deyib.

Paşinyan Gümri mitinqində iştirak etmək istəyənləri bu gün öz minik maşınları ilə saat 15-də Yerevanın kənarında toplaşıb, oradan Gümriyə avtomobil yürüşü etməyə dəvət edib.

Şənbə günü isə növbəti mitinq Vanadzor şəhərində keçiriləcək.

Gümri şəhərinə yollanmazdan qabaq Nikol Paşinyan Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsini icra edən, ERP sədr müavini Karen Karapetyanı bu gün saat 12-də "Mariott Armenia" mehmanxanasında görüşə dəvət edib.

Paşinyan bu barədə cümə axşamı mitinqdə bəyan edib.

Serj Sarkisyanın istefasından sonra Paşinyanla Karapetyan arasında ilk danışıqlar cəhdi baş tutmayıb. Karen Karapetyan etiraz hərəkatı liderinin danışıqlardan qabaq şərtlər irəli sürdüyü səbəbilə görüşdən imtina etmişdi.

Nikol Paşinyan birinci görüşün baş tutmadığını onunla izah edir ki, bəzi respublikaçılar Karen Karapetyanın onları təmsil etmədiklərini deyirdilər.

"Dünən onlar Serj Sarkisyanın iştirakı ilə partiya iclasını keçirib, ümumi məxrəcə gəliblər ki, danışıqlar aparmaq üçün Karen Karapetyana səlahiyyət verirlər. Bunu nəzərə alaraq, mən təklif etdiyimiz gündəlik çərçivəsində danışıqlar prosesinin ikinci raundunu keçirməyə hazıram", - Paşinyan deyib.

O, danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsini təklif edib: "Qoy ictimaiyyət nə müzakirə etdiyimizi bilsin".

"Biz Respublikaçılar Partiyası ilə danışıqları bağlı qapılar arxasında aparmayacağıq, xalqın gözü qabağında aparmalıyıq, çünki biz bəyan edirik ki, xalqdır hakimiyyət, xalqdır rəhbərimiz və biz atdığımız hər addım üçün rəhbərimizə hesabat verməliyik", - Paşinyan deyib.

Paşinyan baş nazir vəzifəsinə xalq tərəfindən namizədliyinin irəli sürüldüyünü vurğulayaraq, parlament fraksiyalarının xalqın qərarına hörmətlə yanaşacağı və bu məsələdə konsensus əldə ediləcəyinə ümid etdiyini bildirib.

Paşinyanın sözlərinə görə, məsələ onun baş nazir olub-olmamasında deyil, Ermənistanda korrupsiyaya batmış, qeyri-demokratik sistemin ləğv edilməsindədir.

Onun sözlərinə görə, artıq bu gün müxtəlif məsələlərdə "sövdələşmə təklifləri, mesajları gəlir".

"Biz öz komandamızla müzakirə edib qərara gəlmişik ki, vəzifələr, portfellər ətrafında heç bir alver ola bilməz və xalq bilməlidir ki, biz heç bir xəlvəti sövdələşməyə getməyəcəyik.

Xalqdan gizli heç bir sövdələşmə olmayacaq. Ya xalqın tələbi, köməkliyi və dəstəyi ilə mən baş nazir seçiləcəyəm, ya da Ermənistanda ümumiyyətlə baş nazir olmayacaq", - Paşinyan bəyan edib.

Baş nazir seçkisini müzakirə etmək üçün parlamentin xüsusi iclası mayın 1-nə təyin olunub.

Namizədlər baş nazirin (Serj Sarkisyanın) istefasından sonra 7 gün ərzində irəli sürülməlidir.

Nikol Paşinyanın namizədliyini onun rəhbərlik etdiyi "Yelk" fraksiyası irəli sürüb. Hakim ERP-in namizədi hələ elan olunmayıb.

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etirazlar onu bu postdan istefa verməyə məcbur etmişdi.

Amma Sarkisyanın rəhbərlik etdiyi partiya hələ də hakimiyyəti əlində saxladığı üçün millət vəkili Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanda yenidən etirazlar başlayıb (BBC-Azərbaycanca).

http://www.bbc.com/azeri/international-43851702
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Etirazçılar yenidən Yerevan küçələrindədir

    Etirazçılar yenidən Yerevan küçələrindədir ...

    25-04-2018, 18:48

  • 
  • İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxıb

    İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə ...

    23-07-2016, 01:27

  • 
  • İrəvan: Etirazlar davam edir, hakim partiya hakimiyyəti verməyə tələsmir

    İrəvan: Etirazlar davam edir, hakim partiya ...

    26-04-2018, 12:08

  • 
  • SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: Dövlət qurumları mühasirəyə alındı

    SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: ...

    17-04-2018, 16:24

  • 
  • Yerevandan ən son məlumat: Erməni əsgərlər etiraza qoşuldu, Paşinyan buraxıldı

    Yerevandan ən son məlumat: Erməni əsgərlər ...

    23-04-2018, 16:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu