Britaniyanın daxili işlər naziri 70 il əvvəl Karib adalarından ölkəyə gətirilən mühacirlərlə rəftarla bağlı artan qalmaqal səbəbi ilə vəzifəsindən istefa verib.
Amber Rudd ötən həftə qanunvericilərə deyib ki, hökumət qeyri-qanuni mühacir hesab edilən insanları deportasiya etməyə dair tədbir görməyib. Lakin bundan sonra onun ifadəsi ilə ziddiyyət yaradan sənədlər meydana çıxıb. Bazar günü baş nazir Tereza Meyə istefa məktubunda Rudd bildirib ki, o, deportasiya hədəfləri barədə parlamenti "bilməyərəkdən səhv" məlumatlandırıb. Pakistanlı mühacirin oğlu, mənzil tikinti naziri Sajid Cavid bazar ertəsi daxili işlər naziri vəzifəsinə təyin edilib. Xəbərlərdən məlum olub ki, 1971-ci ildə qəbul edilmiş qanuna əsasən Britaniyada yaşamaq hüququ olduqlarını sübut edən sənəd əldə edə bilmədiklərindən bu mühacirlərin əksəriyyəti işlərini, evlərini, tibbi yardıma çıxışlarını itirib və deportasiya edilməklə təhdid edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?