Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdar bu dəqiqələrdə nazir kürsüsündən istefa verdi.
Bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb.
Qeyd edək ki, Ərdoğan Bayraqdardan öncə İqtisadiyyat naziri Zəfər Çağlayan və Daxili İşlər naziri Müammər Gülər istefa vermişdi. Hər üç nazirin övladı Türkiyədə keçirilən rüşvət əməliyyatı çərçivəsində suçlu bilinirlər.
Dünən Zəfər Bayraqdarın oğlu Abdullah Bayraqdar azadlığa buraxılsa da, bu fakt onun atasının istefasına mane olmadı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?