Manvel Sərkisyan: “Əks halda xalq respublikaçıları tapdalayacaq”
Ermənistan Respublika partiyası (ERP) Nikol Paşinyanın namizədliyini dəstəkləməyə məhkumdur. Əks halda onlar etiraz edənlərin sərt təzyiq qarşısında qalacaqlar.
Erməni politolqlarının yerli mediaya verdikləri rəylərin ümumi xülasəsi belədir. Siyasi texnoloq Armen Badalyanın fikrincə, N.Paşinyanın baş nazirlik məsələsi demək olar ki, 90% həll olunub.
A.Badalyana görə, respublikaçılar səsvermə zaman Paşinyana dəstək verməsələr, sonuncunun tərəfdarları gələcəkdə keçiriləcək bütün seçki prosesini boykot edə, o cümlədən, seçki məntəqələrini bloklaya bilərlər. Bu isə parlament seçkilərinin pozulmasına gətirib çıxara bilər ki, ölkə bundan böyük zərər görər.
Onun sözlərinə əsasən, hakimiyyətsizlik, xaosun hökm sürdüyü, idxal-ixracatın dayandırıldığı, maaşların verilmədiyi bir ölkədə cəmiyyət içində narazılıq artacaq. Bu səbəbdən artıq respubliaçıların özlərini fiziki cəhətdən məhv etməyə qadir olan adamlar belə tapılacaq. “Azərbaycanla münaqişə şəraitində bu, ölkəyə vurulacaq ən ağır zərbə olar. Belə situasiya heç kimə lazım deyil”, - Badalyan qeyd edib.
Erməni politoloqun rəyinə görə, əgər respublikaçılara bu cür nəticə sərf etsə idi onlar çoxdan öz namizədlərini irəli sürərdilər: “Lakin bu ilk növbədə onların özləri üçün təhdid doğuracaq. Nikol Paşinyan artıq respublikaçı deputatların hamısı barədə, telefon nömrələri və ev ünvanları da daixl olmaqla məlumatları açıqlayacağını bəyan edib”.
A.Badalyan bu ssenarinin az ehtimal edilən olduğunu sözərinə əlavə edib: “De-fakto ölkədə hakimiyyət Paşinyanın əlindədir. Hazırda hakimiyyətin iki qolu, de-yure (respublikaçılar) və de-fakto (küçə hərəkatı) qanadı arasında danışıqlar gedir”.
İrəvan mətbuat klubunun rəhbəri Boris Navasardyan respublikaçıların parlamentdəki səsverməni pozması halında küçə etirazlarının daha emosional xarakter alacağını və bunun hazırda iqtidarda olan patiya üçün böyük risklər daşıdığını söyləyib. Milli və strateji araşdırmalar məkrəzinin direktoru Manvel Sərkisyanın fikrincə, ERP-nin N.Paşinyanı dəstəkləməkdən başqa çarəsi yoxdur.
“ERP funksionerləri anlayırlar ki, artıq kapitulyasiyaya getməyin vaxtıdır. İndi onlar gələcəkdə nələrisə saxlamaq üçün kapitulyasiyanın şərtlərini razılaşdırırlar”, - Sərksiyan bildirib.
M. Sərkisyan artıq getməkdə olan hakimiyyətin başqa çıxış yolunun qalmdığını düşünr: “Əks halda xalq onları tapdalayacaq və onlar qaçmağa məruz qalacaqlar. Bu adamların ölkədə qalmağa haqları yoxdur”.
M.Sərkisyan repsublikaçıların sona qədər Rusiyanın onların dadına çatacağını düşündüklərini söyləyir. Lakin onun fikrincə, Rusiya uduzan tərəf üçün özünü oda atmaz.
“Rusiya nümayəndələrinin gəlişi də elə Kremlin bu məsələdəki gücsüzlüyünün nümayişindən başqa bir şey olmadı”, - Manvel Sərkisyan qeyd edib./musavat
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?