Çərşənbə günü İran HDQ-nini “Dəmavənd” və “Cövşən” hərbi gəmilərinin Bakıya dostluq səfəri başlayıb.
Havanın küləkli olması ilə əlaqədar, bu gəmilər yalnız ikinci gün Bakı buxtasına yanaşa biliblər.
Səfər çərçivəsində 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin başçılıq etdiyi iran dənizçiləri Azərbaycan HDQ rəhbərliyi tərəfindən qəbul ediləcək, H.Əliyev adına Ali Hərbi Məktəbə baş çəkəcəklər.
Oktyabrın 20-nə iki ölkənin hərbi dənizçiləri arasında futbol üzrə yoldaşlıq maçı planlaşdırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?