Özbəkistanin birinci prezidentinin böyük qızı Gülnarə Kərimovanın oğlu İslam Kərimov BBC-yə müsahibəsində bildirib ki, onun anasına şər atıblar, ona qarşı bəyanatlar saxtalaşdırılıb, babası qızının şöhrətinə qısqanclıqla yanaşıb. İslam özü isə Özbəkistan hökumətinin üzvlərinə qarşı ifşaedici materialların dərcinə hazırlaşır.
Aavqustun 1-də kiçik İslam Kərimov Yaşnabad rayon məhkəməsinin qərarını əldə edib. Həmin sənəddə bildirilir ki, onun anası iyulun 3-də qəbul edilmiş qərarla həbs olunub, lakin saxlanıldığı yer göstərilmir.
Cinayət işində adı çəkilən 2 milyard dollara gəlincə, İslam Kərimov qeyd edib ki, bu məbləği sübuta yetirəcək heç bir fakt yoxdur və o, bir neçə dəfə artırılıb.
“Mən indi adlar çəkməyəcəyəm, lakin hakimiyyətdə olan – güc strukturlarından tutmuş hər bir nazirə qədər bir çox adamların layihələrlə bağlı böyük sənədi dərc etməyə hazırlaşırıq. Onların hər birinin daha böyük varidatı var – 2 milyard yox, 3-4 milyard və daha çox. Lakin heç kəs bu barədə danışmır”, - kiçik İslam Kərimov bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?