Rusiya İstintaq Komitəsi hazırda həbsdə olan killer Cambulat Madayevə qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi qaldırıb. gundemxeber.az xəbər verir ki, Madayevin öldürmək istədiyi şəxs azərbaycanlı biznesmen İzmir İsmayılovdur. Qətlin sifarişini verən isə Çeçenistanın Ukraynadakı nümayəndəliyinin keçmiş rəhbəri Ramzan Sitsulayevdir.
Bu qətl sifarişi istintaqın versiyasına görə Rusiyada sovet dövrünün ən iri plastmas zavodlarından biri olan “Omsk-Polimer” zavodunun mirası uğrunda münaqişə ilə bağlı olub. Belə ki, müflis olan zavodun korpusunu və ərazisini 2012-ci ildə “GreenLight” MMC adlı şirkət alıb. Həmin şirkətin sahibləri isə Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Sorandi Limited” adlı offşor şirkət idi, bu şirkətin təsisçiləri isə Azərbaycan vətəndaşları İzmir İsmayılov və Ruslan Barkovski (yaxud Zaur Balayev) olub.
Partnyorlar o vaxt elan ediblər ki, “Omsk-Polimer” zavodunun xaraba sexlərini rekonstruksiya edəcəklər və onun əsasında Rusiyanın ilk özəl sənaye parklarından birini yaradacaqlar. Lakin onların planı hansısa səbəblərə görə baş tutmayıb.
Əvəzində üç ildən sonra məlum olub ki, “GreenLight” şirkətinin əmlakı girov qoyulmaqla banklardan iri məbləğlərdə kredit alınıb. Tərəfdaşlar-İsmayılov və Balayev bir-birlərini “xəlvəti sövdələşmələrdə” ittiham ediblər, mübahisəyə Moskva məhkəmələrini və özəl mühafizə şirkətlərini cəlb ediblər. Münaqişənin qızğın vaxtında, 2015-ci ilin yayında Çeçenistanın Ukraynadakı nümayəndəliyinin rəhbəri Ramzan Sitsulayev “Green Light” MMC-nin payçısı İsmayılovun qətlini sifariş verib.
Belə ki, İstintaq Komitəsinin versiyasına görə əslində “Green Light” şirkətinin əsas benefisiarı Ramzan Sistulayev idi və zavodun ərazisi, binaları onun pulu ilə alınmışdı. Lakin sonradan çeçen nümayəndə qətl sifarişini ləğv edir, çünki onların arasında anlaşma əldə olunur və artıq üçüncü dəfə müflis olan zavod yenidən dövlət mülkiyyətinə qaytarılır. Hətta Sitsulayev killerdən azərbaycanlı biznesmeni öldürmək üçün verdiyi 100 min dollar avansı da geri qaytarmağı xahiş edir.
İstintaq isə “Omsk-Polimer” zavoduna görə mübahisəni sui-qəsd cəhdi kimi kvalivikasiya edib və eks-məmur Sitsulayevə qarşı daha bir cinayət işi qaldırıb. Bunan əvvəl o, adam oğurluğunda və reketçilikdə ittiham olunurdu. Sui-qəsd cəhdi barədə ittiham hələlik killer Madayevin ifadəsinə əsaslanır, başqa dəlil yoxdur.
"Omsk-Polimer" zavodu
Sitsulayev 2014-cü ildə digər biznes partnyoru, “Delta Key” ödəmə sisteminin həmsahibi Andrey Novikovun maraqları naminə kölgə maliyyəçisi, qara pulların yuyulması ilə məşğul olan Əli Zakriyevin oğurlanmasını təşkil edib. Bildirilir ki, Zakriyev Novkovdan 110 milyon rubl alıb, qaytarmayıb. Onu oğurlayandan sonra iki gün ərzində fərdi evdə saxlayıblar, pulu ödəyəcəyi haqda iltizam alıblar və azad ediblər.
Adı “Omsk-Polmer” zavodu uğrunda müharibədə keçən Ruslan Barkovski, yaxud Azərbaycan vətəndaşı kimi daşıdığı pasportunda Zaur Balayev olaraq göstərilən (Onun bir neçə pasportunun olduğu məlumdur) ötən il Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında Avstriyada saxlanılmışdı. O, Rusiyadan “Master-bank” vasitəsilə yüz milyardlarla rublun “yuyulmasını” təşkil etməkdə şübhəli bilinirdi. Avstriyada isə Barkovskini Sitsulayevlə birlikdə adam oğurluğunu təşkil etməyə görə saxlamışdılar.
Hüquq-mühafizə orqanlarının “Rosbalt”a verdiyi məlumata görə Barkovskini “kabus adam” saymaq olar. Onun hansı familiya altında doğulduğu tam məlum deyil: Rusiyada ilk dəfə o, 1990-cı ildə Zaur Balayev adı ilə ortaya çıxıb. Sonra isə məlumatlarını Ruslan Barkovski adına dəyişdirib. Lakin öz hesabında başqa familiyalarla pasportları olub. Özü də bu sənədlər müxtəlif ölkələrə aiddir. Barkovski-Balayevin Rusiya, Ukrayna, Azərbaycan və İspaniya vətəndaşlığının həqiqi olduğunu göstərən pasportları var. Belə zəngin sənəd yığını olan kölgə adam daim dünyanın bir nöqtəsindən o biri nöqtəsinə gedib.
Ən çox qaldığı yer isə xeyli sayda daşınmaz əmlakının olduğu İspaniya olub. Barkovski on milyonlarla kapitalı olan çox varlı adam sayılır. O, gah Almaniyada, İsveçrədə, gah da Fransada ya da Avstriyada tez-tez üzə çıxırmış. Sonuncu ölkədə isə o, Rusiyanın təlimatı ilə saxlanılıb. Ekstradisiya ilə bağlı məsələlər həll olunanadək heç yerə getməmək barədə ondan iltizam alınıb.
Balayev-Barkovski onlarla kriminal hadisədə iz qoyub. O, Moskva regionunda, Omsk vilayətində, Rusiyanın cənubunda iri müəssisələrin reyder yolu ilə ələ keçirilməsində iştirak edib. O, hər zaman kriminal aləmin nümayəndələri sıx əlaqələr saxlayıb. Bu səbəbdən reket, adam oğurluğu və daha ağır cinayətlərdə iştirakı ola bilər.
Onun familiyası Rusiyanın Murmansk vilayətində üç adamın güllələnməsində çəkilir. Bu “razborka” qeyri-leqal maliyyə xidmətlərinin göstərildiyi bazarla bağlı olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?