İspaniya polisi çərşənbə ABŞ-da anadan olan britaniyalı maliyyəçi və Rusiya prezidenti Vladimir Putinin tanınmış tənqidçisi Bill Brouderi qısa müddətliyinə həbs edib. Brouder Twitterdə Rusiyanın tələbi ilə həbs edildiyini bildirib.
Polisin sözçüsü deyib ki, Brouder onunla bağlı çıxarılan həbs qərarını yoxlamaq məqsədilə polis bölməsinə aparılıb, amma orada həbs qərarının müddətinin bitdiyi ortaya çıxıb.
İnterpolun mətbuat ofisi Amerikanın Səsinə bildirib ki, “Cənab Bill Brouder üçün heç vaxt qırmızı bülleten çıxarılmayıb və o İnterpol vasitəsilə axtarışa verilməyib.”
Brouder 2005-ci ildə biznesi müsadirə ediləndən sonra ölkədən çıxarılanadək Rusiyada ən uğurlu investisiya fondlarından birinə başçılıq edib. O, vəkili Sergey Maqnitski həbs olunub, həbsdə öləndən sonra ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə çağırıb.
Bu çağırışlar daha sonra Maqnistki Aktı ilə nəticələnib. Bu akt Vaşinqtona korrupsiyada və insan haqlarını pozmaqda günahlandırılan Rusiya rəsmilərinə viza verməməyə və onların maliyyə aktivlərini dondurmağa imkan verir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?