Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın icra hakimiyyətinin başçısı Səid Əmirov həbs olunub.Bu barədə Rusiyanın Təhqiqat Komitəsi məlumat yayıb.
Səid Əmirov xüsusi təyyarəylə Moskvaya aparılıb. Mer çoxsaylı qətllərin sifarişində ittiham olunur. O, iki gün əvvəl saxlanılmış Sirajudin Quçuçalievin ifadələri əsasında tutulub. Quçuçaliyev isə Mahaçqala yaraqlılarının liderlərindən sayılır. Rusiya Təhqiqat Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin merlə yanaşı, daha 10 nəfərin həbs olunduğunu bildirib. Hazırda həmin şəxslərin ölkədə törədilmiş ağır qətllərlə bağlantılarının olub-olmadığı araşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?