GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Trampın iftar süfrəsinə kim gələcək?

Trampın iftar süfrəsinə kim gələcək?

Tarix: 5-06-2018, 12:20 Bölmə :Dünya Baxış: 300
Trampın iftar süfrəsinə kim gələcək?

ABŞ prezidenti bu həftə Ağ Evdə müsəlman ölkələrinin səfirləri üçün iftar süfrəsi açacaq. Belə tədbir ənənəvi olaraq 1999-cu ildən keçirilsə də, ötən il Tramp bu ənənəni pozdu, iftar süfrəsi vermədi. Ancaq budəfəki iftar mərasimi də yetərincə qəliz bir zamana təsadüf edir.

Məsələ ondadır ki, hazırda müsəlman dünyasında Qüdslə bağlı, ələlxüsus Amerika səfirliyi Qüdsə köçəndən sonra yaşanan faciəvi hadisələrlə ilgili ABŞ-a qarşı güclü bir antipatiya var. Öldürülən onlarla dinc fələstinlinin, bir fələstinli körpənin heç 40-ı da çıxmayıb. Anti-Amerika ovqatı son dəfə özünü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının sammitində qabarıq şəkildə göstərmişdi.

Maraqlıdır, görəsən islam ölkələri səfirləri yenə Trampın dəvətini qəbul edib, Ağ Evə gedəcəklərmi? Söhbət heç də ABŞ-a loyal olan Səudiyyə Ərəbistanının elçisindən getmir. Öncəliklə Türkiyə səfirindən gedir. O Türkiyə ki, ABŞ prezidentini Qüds qərarlarına peşman eləmişdi, məsələdə nəinki müsəlman aləminin, az qala, dünya birliyinin yekdil mövqeyinə və ABŞ-ın, faktiki, təklənməsinə nail olmuşdu.

O zaman BMT Baş Məclisində Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq haqda qərarına cəmi bir neçə cırtdan ölkə səs vermişdi. Nüfuzlu və müttəfiq Avropa Birliyi dövlətləri belə, Amerikanı müdafiə eləməmişdi.

Bu, Tramp administrasiyasının ilk ciddi siyasi fiaskosu, özünü beynəlxalq birliyə qarşı qoymaq cəhdi idi. Hətta o vaxt D.Tramp səsvermədə ABŞ-ı müdafiə eləməyən ölkələri maliyyə sanksiyaları ilə hədələmişdi. Fəqət, nə qədər qüdrətli dövlət olsan da, dünya birliyinin iradəsi əleyhinə getmək elə də asan deyil...

O ki qaldı iftar süfrəsinə, xristian ölkə başçıları belə süfrələr açmaqda şəksiz ki, ən əvvəl siyasi-təbliğati məqsəd güdürlər. Özlərinin tolerant, bütün inanclara qarşı dözümlü və sayğılı olduqlarını göstərmək, beləliklə də islam ölkələri toplumunda hüsn-rəğbət qazanmağa çalışırlar.

Tramp da ABŞ-ın islam dəyərlərinə sayğılı olduğunu göstərmək, müsəlman toplumunun könlünü almaq istəyir. Alınacaqmı, yoxsa Ağ Ev administrasiyası növbəti fiaskoya tuş gələcək? İslam ölkələri necə, bu məsələdə ümmət, yoxsa dövlət maraqlarını əsas götürəcək? Bu da maraqlıdır ki, görən, İran səfiri də iftara dəvət alıbmı, alıbsa, gedərmi?

Məlumatlara görə, Trampın müsəlman səfirlərə iftar süfrəsi açmaq niyyətini islam ictimaiyyəti ikiüzlülük kimi qiymətləndirib. Təbiidir. Hər necə olmasa, Ağ Ev sahibinin müsəlmanlara, müsəlman emiqrantlara münasibəti, gizli nifrəti sirr deyil. Yox, islam ölkələri elçilərinin əksəriyyəti iftara qatılacaqsa, demək, Qüds məsələsində öz prinsipial mövqelərinin əleyhinə çıxmış olacaqlar...

Beləcə, Trampın dünyaya qeyri-müəyyənlik vəd edən ziqzaqvari xarici siyasət kursu davam edir. Bu siyasətin “altını” indi xristian Avropası da çəkir. Avropanın “beyin mərkəzləri” Ağ Evin indiki “dəlisov və çılğın” sahibinin gedişlərinə qarşı hələ də effektli kontur-tədbirlər tapmaq üçün baş sındırır. Çünki Donald Tramp klassik siyasətçi standartları çərçivəsinə sığmayan şəxsdir.

Siyasətçinin proqnozayıtımlılığı sözsüz ki, önəmlidi. Xüsusən də söhbət böyük siyasətdən və fövqəldövlətin sükanı arxasında duran siyasətçidən gedirsə. Əfsus ki, cənab Tramp bu meyara dartmır. O üzdən iki ildir dünya səksəkə içindədir.

İndi bəziləri deyir ki, D.Tramp özünü yalandan axmaq kimi aparır, əslində o, hiyləgər siyasət yürüdür. Belə baxanda o, iki ildir impiçmentdən yayına bilibsə, demək ki, biznesmen qafası pis işləmir. Hərçənd, Amerikanın xarici siyasətində Tramp faktoru minimuma enib. Bu, ölkə prezidentləri arasında ən aşağı, görünməmiş göstəricidir.

Tramp prezident kürsüsündə daha hansı anti-rekordu qıracaq, Allah bilir. Dünya ən azı, 2 il yarım da səksəkədə qalacaq.../Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Con Kerri iftar süfrəsi açacaq

    Con Kerri iftar süfrəsi açacaq ...

    24-07-2013, 11:45

  • 
  • Almaniya tarixində ilk dəfə iftar süfrəsi açdı

    Almaniya tarixində ilk dəfə iftar süfrəsi açdı ...

    31-07-2013, 16:50

  • 
  • Adnan Oktarın “Kediciklər”i ilə iftar süfrəsi — ŞOK FOTOLAR

    Adnan Oktarın “Kediciklər”i ilə iftar süfrəsi — ...

    25-05-2018, 13:21

  • 
  • İslam dünyası Trampın Qüdslə bağlı qərarına vahid reaksiya bildirəcək

    İslam dünyası Trampın Qüdslə bağlı qərarına vahid ...

    13-12-2017, 21:36

  • 
  • Maşın iftar süfrələrinin arasında qaldı - FOTO

    Maşın iftar süfrələrinin arasında qaldı - FOTO ...

    30-05-2017, 13:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu