Ölkə baş nazirinin istefasına baxmayaraq, İordaniyada hökümət əleyhinə keçirilən etiraz nümayişləri davam etdirilib.
Minlərlə iordaniyalı çərşənbə axşamı səhər saatlarına qədər istefa verən baş nazir Hani Mulkinin ofisi qarşısına yürüş edərək, hökümətdən aşağı və orta sinfi hədəf alan qiymət və vergi artımlarının dayandırılmasını tələb ediblər.
Yürüş zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb. Nümayişçilər hökümətin dəyişdirilməsi ilə bağlı şüarlar səsləndirdiyi üçün polis onların nazirliyin binası qarşısında toplaşmağına icazə verməyib.
Son qərarlar kral Abdulla tərəfindən verilsə də, ictimai narazılıq daha çox onun tərəfindən təyin edilən hökümət nümayəndələrinə yönəlir.
Beynəlxalq kreditorlar İordaniyanın regional iqtisadiyyatla əlaqəli yaranmış dövlət borcunun azaldılmasına kömək etmək üçün iqtisadi islahatlara təkan vermək istəyirlər.
Sorğu
Yeni dizaynımız necədir?