Havay adasında yerləşən Kilauea vulkanından axan lava adanın meri Harri Kimin də evi daxil olmaqla yüzlərlə evi dağıdıb.
Evlərin dağıldığı okean sahilindəki icmaların verdiyi məlumata görə, ərazidə yaşayanlar bir neçə həftə öncədən evakuasiya olunduğu üçün xəsarət alan olmayıb.
Rəsmilər lava daha da çox əraziyə yayıldığı və təhlükəli şərait artdığı halda, daha da çox insanı vertolyotlarla ərazidən çıxarmağı planlaşdırır. Rəsmilər həmçinin vulkanik dumanın insanların gözləri və ağciyərlərinə zərər vura bilməsi ilə bağlı xəbərdarlıq edib.
Alimlərin bildirdiyinə görə, Killauea vulkanından axan lava 20 kvadrat kilometr ərazini əhatə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?