Əfqanıstan ordusu və Taliban terror qrupu arasında əldə edilmiş Ramazan atəşkəsindən sonra ilk terakt törədilib.
gundemxeber.az xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən Badqis əyalətində əsgərlərə tələ qurulub. Terror hücumu nəticəsində azı 30 nəfər qətlə yetirilib.
Qeyd edək ki, hökümət Talibanla atəşkəsi təktərəfli olaraq 10 gün uzatdığını açıqlamışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?