Ötən həftə peykdən çəkilən şəkillər Şimali Koreyanın Yonbene nüvə mərkəzinin müasirləşdirilməsi üzrə işlərin görüldüyü göstərir.
Bu haqda Cons Hopkins Universiteti yanında ABŞ və Koreya İnstitutunun “38 North” saytı bildirib.
Peyklərdən əldə edilən məlumatlara əsasən, Koreya Xalq Demokratik Respublikası bu mərkəzdə reaktorun soyudulması üçün sürətli templərlə yeni nasos sistemi tikir. Həmçinin, soyudulma üçün su anbarının tikintisi başa çatıb.
Ancaq “The Hill” yazır ki, hazırda Yonbenedə reaktorun işləyib-işləmədiyi məlum deyil.
Öz növbəsində “38 North” qeyd edir ki, nüvə mərkəzinin əməkdaşları Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Indan sərəncam alana qədər fəaliyyəti davam etdirəcəklər.
Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.
Ötən həftə ABŞ prezidenti bildirib ki, Koreya Xalq Demokratik Respublikasında artıq nüvə proqramının dayandırılması üzrə tədbirlər başlanıb. Pxenyan hakimiyyəti isə mayın sonunda “Punqeri” nüvə sınaqları poliqonun tam sökülməsi haqqında informasiyanı təsdiq edib.
Amerika hakimiyyətinin qiymətləndirmələrinə görə, Şimali Koreya nüvə və raket hazırlanması ilə məşğul olan təxminən 3000 obyektə sahibdir. Şimali Koreyanın nüvə və raket obyektlərinin yoxlanılması zamanı müxtəlif çətinliklərın ortaya çıxacağı güman edilir. Bildirilir ki, denuklearizasiya haqqında Vaşinqton-Pxenyan danışıqları üçün əhəmiyyətli vaxt lazım olacaq.
Ekspert cəmiyyəti isə Vaşinqton və Pxenyan arasında əldə olunan razılaşmanın icrasına şübhə ilə yanaşırlar. Məsələn, Rusiyanın xarici işlər nazirinin keçmiş müavini (1991-1993), Rusiyanın Cənubi Koreyadakı sabiq səfiri Georgi Kunadze hesab edir ki, dünyanı yanlış fikirə yönəldirlər, Koreya Xalq Demokratik Respublikası nüvə silahından imtina etməyəcək.
Onun sözlərinə görə, nüvə silahı Koreya Xalq Demokratik Respublikasının sağ qalmasının tək zəmanətidir.
“Əminəm ki, buna əsasən, Koreya Xalq Demokratik Respublikası nüvə silahından və onun çatdırılmasının vasitələrindən imtina etməyəcək. Koreya Xalq Demokratik Respublikasının əsas strateji hədəfi zəif siyasi rejiminin saxlanılmasını təmin etməkdir. Bütün qalanlar taktikadır. Koreya Xalq Demokratik Respublikası qarşısında məncə, müasirləşməni qoymur”, - diplomat vurğulayıb.
Brukinqs İnstitutunun aparıcı elmi işçisi, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun xüsusi köməkçisi Stiven Payfer də Kim Çen Inın əldə olunan razılaşmanın icrası ilə bağlı konkret addımlar atacağına əmin deyil.
“Mənim əsas narahatlığım Pxenyanın ölkənin denuklearizasiyası üzrə konkret addımlara təşəbbüs edib-etməyəcəyi ilə bağlıdır. Əgər Şimali Koreya göstərilmiş istiqamətdə addımlar atmasa, Tramp belə nəticəyə gələcək ki, Koreya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Trampın buna necə reaksiya verəcəyi isə sual altınadır”, - prezidentin keçmiş köməkçisi söyləyib.
Onun sözlərinə görə, Şimali Koreyanı başa salmaq lazımdır ki, nüvə döyüş sursatının Cənubi Koreya və Yaponiya ərazisində partlayışı halında ABŞ Kim Çen In rejimini bir neçə saat ərzində məhv edəcək./muxalifet.az
Sorğu
Yeni dizaynımız necədir?