“Maqnitski” qanunun qəbulu iki supergücü üz-üzə qoyub
gundemxeber.az ABŞ-da Rusiya ilə ticarət münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş qanun əksinə olaraq, iki ölkə arasında əlaqələri korlayıb. ABŞ konqresi Rusiya məmurlarına qarşı sanksiyalar qəbul etdikdən sonra, Rusiya Dövlət Duması “Maqnitski siyasına” qarşı çevik cavab verməyə hazırlaşır. Ötən həftə konqresin qəbul etdiyi qanun başlıca olaraq Soyuq Müharibə erasının ticarət məhdudiyyətlərinin aradan qaldırılmasına hədəflənsə də, həmin qanunda adları insan haqqlarının pozulmasında hallanan Rusiya məmurların cəzalandırılmasını nəzərdə tutan maddənin yer alması rəsmi Moskvanın qəti etirazına səbəb olub. Ölkə parlamentinin aşağı palatasının spikeri, Dövlət Dumasında bu həftə ABŞ məmurlarına qarşı oxşar ölçüləri nəzərdə tutan qanun layihəsinin müzakirə olunacağını bildirib. Qanun layihəsi Rusiya vətəndaşlarına qarşı cinayətlər törətmiş və həmin cinayətləri ört-basdır etmiş ABŞ vətəndaşlarına qarşı yönəlib. “Təəsüflər olsun ki, biz onlara görə belə ölçülər götürməyə məcbur qalmışıq. Birləşmiş Ştatlarda bu qanunu qəbul edən insanlar elə bir vəziyyət yaradıb ki, buna reaksiya verməmək mümkün deyil”, deyə “Vahid Rusiya” partiyasının lideri Vladimir Vasilyov bildirib. “Hamısı SSRİ dövrünün “dəmir pərdəsi” ilə bağlıdır. Sovet dönəmlərində ittifaq dəmir pərdə siyasətinə və ölkəyə daxil olmağa icazə verilən şəxslərin sayını məhdudlaşdırdığına görə beynəlxalq tənqidlə üzləşirdi. İndi də ABŞ öz pərdəsini salaraq, kimi buraxıb kimi buraxmayacağını özü məhdudlaşdırır”, – “Liberal-Demokrat partiyası”nın lideriVladimir Jirinovski qeyd edib. Xüsusilə səsverməyə qoyulası sənəddə, Rusiya vətəndaşların qarşı ədalətsiz və əsassız hökm çıxaran Amerikalı hakimlər və dövlət ittihamçıları hədəfə alınıb. Qanun layihəsi təsdiq olunarsa, həmin məmurların və dövlət qulluqçularının Rusiya hüdudlarına daxil olmasına imkan verilməyəcək və onların Rusiyadakı bütün aktivləri dondurulacaq. Təkcə ötən həftə qalmaqallı “Maqnitski” qanunun qəbulundan sonra, Rusiya ABŞ-dan ölkəyə idxal olunan mal və donuz ətinin ziyanlı qatqılara qarşı yoxlanılmasına dair göstəriş verib. ABŞ-da raktopamin zərərsiz maddə hesab olunsa da, Rusiya həmin qatqını qadağan etməyə hazırlaşırmış kimi görünür. Habelə rəsmi bəyanatlarda bu yoxlamaların siyasi motivli olmadığı qeyd edilir. ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Tvitterdə səhifəsində, Rusiyanın ABŞ-dan idxal olunan ət məhsullarına qarşı gömrük baryerlərini “xoşagəlməz gedişat”kimi qiymətləndirib. Bununla Moskva sakinləri bunun ət bazarında nəzərəçarpmaz dəyişikliyə yol açacağını düşünür.
Sorğu
Yeni dizaynımız necədir?