gundemxeber.az ABŞ-da “Müharibə Ehtimalları” təhsili alan Murad Birsel Türkiyənin “Aksiyon” jurnalında Türkiyə-Suriya sərhədində “Patriot”ların yerləşdirilməsi, həmçinin ABŞ-ın Suriya sahillərinə hərbi gəmilər göndərməsid ilə əlaqədar müharibə ehtimallarını təhlil edib. Murad Birsel İranın və Rusiyanın “Ərəb baharı” ilə yeni şəkil alan Orta Şərqi Türkiyəyə buraxmaq niyyətində olmadığını vurğulayıb. O, hesab edir ki, “Mavi Mərmərə” və Türkiyə hərbi təyyarəsinin Aralıq dənizi üzərində vurulmasına bu prizmadan baxmaq lazımdır. Türkiyənin qonşu ölkələrlə müharibə ehtimalına gəlincə, ekspert bunları deyib: “Türkiyə “Ərəb baharı” vasitəsilə Orta Şərqdə sistematik dəyişikliklərə girişdi. Sistematik dəyişiklikdə əsas məqsəd Suriyada idarəçiliyi Rusiyadan almaqdır. Model Türkiyə olsa da, nəzərə almaq lazımdır ki, demokratiya idxal peyvəndi ilə olmur. Türkiyədən döyüşərək Dəməşqdəki sistemi dəyişdirmək istəyirlər. Türkiyə öz bölgəsindəki sistemi dəyişdirəcəksə, döyüşə də hazır olmalıdır. Döyüşə hazır deyilsə, hazır olana qədər sistematik dəyişiklik iddiasından uzaq durmalıdır”. Murad Birsel hesab edir ki, həm İranın, həm də Rusiyanın bölgədə əhəmiyyətli maraqları, həyati qazancları olduğu üçün bu ölkələrlə zarafat etmək olmaz: “Bundan əlavə, onların arxalarında nəhəng Çin dayanır. Türkiyə isə “Məni buraxın” deyən enerjili cavandır. Türkiyə səssizcə hərbi mövqeyini, kəşfiyyatını gücləndirməlidir. Ölkənin kəşfiyyat orqanları bölgədəki bütün liderlərin aktual hadisələrlə bağlı mövqeyini əvvəldən müəyyən edəcək əlaqələrə sahib olmalıdır. Bir sözlə, yaxşıca hazırlaşmadan ortaya atılmamalıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?