British Airways aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra iyulun 12-də Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına görə, göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu “Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.
Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 6.29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.
Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?