İsrailin təhsil naziri Nafta Bennett, qan donduran bir açıqlama edərək İsrail döyüş təyyarələrinin Qəzza uşaqlarını bombalanmasını lazım bilib.
İsrailin təhsil naziri Nafta Bennett, Təhlükəsizlik Şurasının toplantısı zamanı Qəzza uşaqlarının hədəf alınmasını açıq şəkildə təklif edib. Bennet, Qəzzada son baş verənlərə dair danışaraq, İsrailə yanıcı kağız ilan atan Fələstinli uşaqların təpələrinə İsrail təyyarələri tərəfindən bomba atılmasını istəyib. İsrailli nazir, "Niyə cəmiyyətimizi hədəf alan hər kəsi vurmayaq" deyərək, Fələstinli uşaqlar üçün "Bunlar haradan baxsanız, baxın, terrorçulardır" - deyib. “Onların yanlarına deyil, üzərlərinə bomba atmalıyıq", - deyən Bennet, İsrailin baş qərargah rəisi Gadi Eizenkottan "Uşaqları və gəncləri vurmağın düzgün olmadığını hesab edirəm" cavabını alıb. Bennet, Baş Qərargah rəisinə qarşı çıxaraq "Sizinlə razı deyiləm" - deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?