ABŞ kosmosa silah çıxarır – 2022-ci ilə qədər 12 Punto 14 Punto 16 Punto 18 Punto ABŞ kosmosda silah və raketlərin buraxılışlarını müəyyən etmək üçün sensorlar yerləşdirmək niyyətindədir.
gundemxeber.az xəbər verir ki, bu barədə məlumatın 2019-cu ilin yekun büdcə layihəsində yer aldığı bildirilir.
“Senat ABŞ raket əleyhinə müdafiə strategiyası və ABŞ hərbi ekspertlərinin fikirlərinə zidd olmasına rəğmən, kosmosda silah yerləşdirmək niyyətindən imtina etmək istəmir.
Senatın planına əsasən, sensorlar kosmosda ən geci 2022-ci ilə qədər yerləşdirilməlidir. Onlar da dünyanın müəyyən hissələrinə, xüsusilə də İran və Şimali Koreyaya nəzarət etməlidirlər”, - "Drave"nin məsələ ilə bağlı yaydığı məqalədə qeyd edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?