ABŞ prezidenti Donald Tramp, Demokrat Partiyalı konqresmenləri miqrantlara qarşı keçirilməsi planlaşdırılan “divar” qərarını dəstəkləmədikləri təqdirdə hökuməti bağlamaqla təhdid edib.
Miqrant məsələsinin ciddi qəbul olunmasını və bunun şansa buraxılmamasını tələb edən Tramp, "Mükəmməl insanların ölkəmizə girməsi lazımdır" deyə, qeyd edib. Qeyd edək ki, Tramp hökuməti, Meksika sərhədində ölkəyə qaçaq olaraq giriş edən köçkünləri dayandırmaq üçün sərhəd boyunca divar inşa etməyi planlaşdırır. Digər tərəfdən, ABŞ prezidenti Trampın immiqrant əleyhdarı siyasətləri ölkə miqyasında etirazlara yol açıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?