Əfqanıstan rəsmiləri üsyançıların ölkənin şərq və qərb bölgələrində təhlükəsizlik qüvvələri və hökumət binalarına hücumu nəticəsində xeyli sayda insanın öldüyünü və xəsarət aldığını bildirib.
Qərbdə yerləşən Fərah vilayətində yolkənarı bombanın partlaması nəticəsində ən azı 11 sərnişinin ölmüş, 40-a yaxın adam yaralanmişdır.
Qurbanlar arasında qadınlar və uşaqlar da var. Əyalət hökumətinin sözçüsü Nazar Mehri Amerikanın Səsinə bildirib ki, qurbanlar arasında qadınlar və uşaqlar da var. O söyləyib ki, Taliban üsyançıları bu yaxınlarda Əfqanıstan təhlükəsizlik qüvvələrini hədəf alaraq Bala Buluk rayonunda torpaqlara bombalar yerləşdiriblər.
Ölümcül partlayışla bağlı məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.
Partlayışdan bir neçə saat sonra isə intihar hücumçuları ağır silahlarla Şərqi Əfqanıstandakı hökumət binasına hücum edib. Hücum nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Səlahiyyətlilər üsyançıların hədəfinin Pakistanla sərhəddə yerləşən Nanqarhar vilayətinin paytaxtı Cəlalabad şəhərindəki qaçqın məsələləri üzrə şöbənin olduğunu bildiriblər.
Əyalət hökümətinin sözçüsü Ayətullah Xoqyani Amerikanın Səsinə bildirib ki, intiharçı özünü binanın girişində partladıb.
Taliban üsyançıları hücumda iştirakını rədd ediblər. Onların bu addımı partlayışın İslam Dövləti terrorçuları tərəfindən törədilməsinə dair şübhələri gücləndirib.
Terrorçu qrup ötən ay Nanqarhar vilayətində olan terror hücumlarının bir çoxunun məsuliyyətini öz üzərinə alib. Buraya üç məktəb gözətçisinin başının kəsilməsi və six azlığna mənsub 19 nəfərin ölümünə səbəb olan intiharçı partlayışı daxildir.
Sorğu
Yeni dizaynımız necədir?