Zimbabvenin paytaxtı Hararedə parlament seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyada ölənlərin sayı 6 nəfərə çatıb.
Etirazlar zamanı 14 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, paytaxtda atəş səsləri eşidilib. Aksiya iştirakçılarını dağıtmaq məqsədilə gözyaşardıcı qaz və su şırnağından istifadə edilib, şəhərə hərbi texnika yeridilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?