Almaniya kansleri Angela Merkelin əri Yoahim Zauer İtaliyanın Alp dağlarında yerləşən xizəksürmə kurortuna öz həyat yoldaşı olmadan yola düşüb və indi bütün Almaniya Merkelin harada olması barədə sual verir.
GundeXeber.Biz xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Materialda qeyd olunur ki, fotoşəkillərdə Merkelin həyat yoldaşı Yoahim Zauer tək dayanıb. Qeyd olunur ki, Merkel ənənəvi olaraq, istirahətini həyat yoldaşı ilə keçirib. Lakin bu dəfə Zauer birinci nikahdan olan oğlu ilə Zolden kurortundakı adi dördulduzlu hoteldə yerləşib.
“Times”in yazdığına görə, avqustun 20-dək kansler Merkelin heç bir vacib işi yoxdur. Ər və arvadın ayrı-ayrılıqda istirahət etməsi məhz buna görə maraq doğurur.
Alman kanslerinin ictimaiyyətinin gözünə görünməməsi müxtəlif mülahizələrə səbəb olub. Məsələn, bu ölkənin Bild nəşri Merkelin yoxa çıxmasının mümkün səbəbləri arasında ailə böhranından “məxfi missiyayadək” variantları sadalayıb.
Bavariyanın “Augsburger Allgemeine” qəzeti isə güman edir ki, Merkel öz sevimli yeməyi – kartof şorbasının hazırlanması ilə məşğul ola bilər. KİV-də daha bir səbəb kimi kanslerin hazırda xəstə olan anası Gerlinda Kasnerin yanında ola biləcəyi göstərilir.
Qeyd edək ki, iyulda Almaniya kansleri Angela Merkelin təmsil etdiyi mühafizəkar XDİ/XSİ blokunun reytinqi son 12 ilin minimumunu yeniləyərək, 29% təşkil edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?