Birləşmiş Ştatlar İrana sanksiyaları bərpa edib. Bunlar 2015-ci ildə İranla nüvə anlaşması əldə edilənədək qüvvədə olmuş sanksiyalardır.
Prezident Donald Tramp həmin anlaşmanı dəfələrlə tənqid etmiş və ABŞ-ı bu razılaşmadan çıxarmışdır. Üç ay öncə ABŞ liderinin atdığı addım bazar ertəsi gecədən başlayaraq sanksiyaların yenidən qüvvəyə minməsinə yol açıb.
Günün əvvəlində Tramp İranı “dünyaya qan-qada, zorakılıq və xaos yayan qatil rejim” kimi təsvir edib.
Anlaşma əldə olunandan bəri İranın aqressiyası yalnız artıb. Tramp yeni sanksiyaların İslam Respublikasının avtomobil sənayesini, qızıl və əlvan metallar ticarətini, valyutasını və başqa maliyyə tranzaksiyalarını hədəf aldığını deyib.
O, noybarın 5-dən etibarən iranın enerji tranzaksiyalarını və İran Mərkəzi Bankının hədəf alınacağını bəyan edib.
ABŞ prezidenti nüvə anlaşmasını yenidən sərt tənqid edərək onu “birtərəfli bərbad razılıq” adlandırıb və bu sənədin İranın atom bombasına bütün çıxışlarını kəsmədiyini bildirib
Onun sözlərinə görə, sanksiyaların qaldırılması ilə İran rejiminə həyat naqili verilib.
“Anlaşma əldə olunandan bəri İranın aqressiyası yalnız artıb,” Tramp deyib. Onun sözlərinə görə, İran büdcəsinə axan puldan atom bombası daşıya biləcək raketlər inkişaf etdirmək, terrorizmi maliyyələşdirmək və region boyu konfliktləri qızışdırmaq üçün istifadə edib.
İran prezidenti Həsən Ruhani dövlət televiziyasındakı çıxışında beynəlxalq paktdan çıxmağa qərar vermiş ABŞ-a etimadın olmadığını bildirib. O, əlavə edib ki, Tehran həmişə ixtilafların diplomatik yolla həllinə inanıb.
Bu, İsrail, ABŞ, region və bütün dünya üçün mühüm andır. Ruhani Trampın İranla danışıqlara çağırışını yalnız Amerikada "daxili istehlak üçün" nəzərdə tutulduğunu və "İranda xaos yaratmağa" xidmət göstərdiyini deyib.
Nüvə anlaşmasının uzun müddət əleyhdarı olmuş İsrail Baş Naziri Benyamin Netanyahu ABŞ liderini sanksiyaları bərpa etməsi münasibətilə təbrik edib.
“Bu, İsrail, ABŞ, region və bütün dünya üçün mühüm andır,” Netanyahu deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?