Yerli barın içərisində atəş açaraq bir hindistanlı mühaciri öldürən, iki digərini yaralayan ABŞ-ın Kanzas Siti şəhərinin sakini ömürlük həbsə məhkum edilib.
Federal prokurorlar cinayətin nifrət zəminində baş verdiyini bildirib.
Çərşənbə axşamı hakim 2017-ci ilin fevralı Kanzas Siti şəhəri yaxınlığında mühəndis Srinivas Kuçibotlanı öldürən və onun iş yoldaşlarını yaralayan Adam Purintonu mühakimə edib.
Kuçibotlanın yoldaşı məhkəmədə iştirak etməyib, lakin özünün sözçüsü vasitəsi ilə bəyanat açıqlayıb.
“Əgər sən hirsini boğaraq mənim yoldaşımla normal söhbət etsə idin, Srinu səninlə öz tarixçəsini məmnuniyyətlə bölüşərdi və sənin hər qəhvəyi rəngli insanın şübhəli və ya pis adam olmadığını başa düşmənə kömək edərdi. O, əksinə mehriban, ağıllı və Amerikaya xeyir verən insan idi. Sən qəzəb, kobudluq və hirs nümayiş etdirmək seçimi etdin. Və sənin qarşını almağa cəhd ediləndə, sən onların həyatlarına son qoymaq qərarına gəldin” deyə Sunayana Dumalanın sözçüsü Rut Biqus bildirib.
Nifrət cinayəti ittihamları Purintonun hindistanlıları onları irqi və dini mənsubiyyətlərinə görə hədəf almaları səbəbindən tətbiq edilib.
Baş prokuror Ceff Seşions hadisəni “iyrənc” hal adlandırıb və deyib ki, bu kimi cinayətlər Ədliyyə Nazirliyi üçün daim prioritet olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?