Xəbər verdiyimiz kimi, Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Türkiyə adından çıxış edən azərbaycanlı idmançı Ramil Quliyev 200 metr məsafəyə qaçışda qitənin ən güclüsü olub.
Bu qələbə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətindən qaçmayıb. O, telefonla Ramilə zəng edərək onu təbrik edib.
Qeyd edək ki, Ramil Quliyev 19,76 nəticəsi ilə Avropa çempionatının və Türkiyənin rekordunu qırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?