GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 200 metr məsafəyə qaçışda Türkiyəni dünya çempionu edən Ramil Quliyev kimdir?

200 metr məsafəyə qaçışda Türkiyəni dünya çempionu edən Ramil Quliyev kimdir?

Tarix: 11-08-2017, 12:43 Bölmə :Cəmiyyət Baxış: 450
200 metr məsafəyə qaçışda Türkiyəni dünya çempionu edən Ramil Quliyev kimdir?


Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyə atletika tarixində bir ilki həyata keçirərək, Türkiyənin dünya çempionatlarında qızıl medala çatan ilk milli atleti olub.

1990-ci il təvəllüdlü Quliyev, Londonda keçirilən Dünya Atletika Çempionatında 20.09 saniyəlik dərəcəsiylə birinci olub və qızıl medal qazanıb.
2011-ci ildən bu yana Türkiyə adından yarışan Quliyev, eyni zamanda, Fenerbahçe-nin idmançısıdır.
Ramil Quliyev: "Dünya çempionu olmağıma çox şadam"
İlk olaraq nə zaman diqqəti üzərinə çəkmişdi?
Quliyev hələ 17 yaşında ikən qısa məsafəyə qaçış yarışlarında adından söz etdirəcəyinə dair siqnallar verməyə başlamışdı.
Belə ki, o, 2007-ci ildə Çex Respublikasının Ostrava şəhərində keçirilən Dünya Gənclər Atletika Çempionatında 200 metrdə ikinci yerə çıxır və həmin illərdə əfsanəvi atlet Usain Bolt-un gənclər atletika çempionatlarındakı dərəcələri ilə yarışmağa başlayır.

Ramil Quliyev (sağda) 2007-ci ildə Çex Respublikasında keçirilən yarışda Azərbaycanı ikinci yeri qazandırmışdı
Quliyev həmin il Serbiyanın paytaxtında keçirilən Avropa Atletika Çempionatında 200 metrdə qızıl medal qazanır və 100 metr məsafəyə qaçışda isə gümüş medalın sahibi olur.
2009-ci ildə isə o, yenə Serbiyada, ancaq bu dəfə Novi Sad şəhərində keçirilən Avropa Gənclər Atletika çempionatında 100 və 200 metr məsafələrə qaçışlarda da medallar qazanır. Həmin vaxt o, 100 metrdə gümüş, 200 metrdə isə qızıl medala çatmağı bacarmışdı.
Quliyev həmin il Dünya Atletika Federasiyaları Birliyi (IAAF) tərəfindən "Avropanın gələcək vəd edən gənc atletləri" sıralamasında da fransız atlet Christophe Lemaitre-dən sonra ikinci yeri tutub.

Azərbaycan dövrü

Ramil Quliyev 100 və 200 metr yarışlarında göstərdiyi nəticələrlə diqqətləri üzərinə çəkərkən Azərbaycan adına mübarizə aparırdı.
Bakıda doğulmuş atleti atası Eldar Quliyev məşq etdirirdi. Lakin Eldar Quliyevin 2010-cu ildə ürək tutması səbəbilə vəfatından sonra Ramil Quliyev yaşadığı acı və xəsarət problemləri ilə əlaqədar İspaniyanın Barcelona şəhərində keçirilən Avropa Atletika Çempionatında iştirak etməmək qərarı alır.

Türk vətəndaşlığına keçid və gərginlik

2010-ci ildə Quliyev Fenerbahçe ilə müqavilə imzalayaraq İstanbula yerləşir. 2011-ci ildə isə o, Türkiyə vətəndaşlığına keçmək qərarına gəlir.
Lakin Azərbaycan Quliyevin yalnız maddi maraqlar səbəbindən Türkiyə adına yarışmaq istədiyini irəli sürərək, atletin beynəlxalq yarışlarda mübarizə etməsini əngəlləmək siqnalını verir.
IAAF əsasnamələrinə əsasən, Azərbaycanın Quliyevin 2014-ci ilə qədər bütün beynəlxalq çempionatlarda iştirakına mane olma hüququ var idi.
2012-ci ildə Azərbaycanın idman naziri Azad Rəhimov yerli mediaya deyib ki, Ramil Quliyev edilməsi mümkün olmayan tələblər "irəli sürüb".
Cənab Rəhimov bir müsahibəsində "Ramil hər ay 5000 dollar maaş tələb etdi. Bir də mənzil istədi. Biz də ona dedik ki, sənin bu günə qədərki ən böyük uğurun Avropa gənclər çempionluğudur. Sən əvvəl özünü göstər, qazancın da ona görə artacaqdır. Amma o asan yoldan daha çox pul qazanmaq yolunu seçdi" deyib.
Ramil Quliyev isə Azərbaycan Milli Komandasından maddi marağa görə çıxması iddialarını təkzib edərək Türkiyədə və Fenerbahçe-də özünü daha çox inkişaf etdirmək fürsəti tapdığını deyirdi.
Quliyev 2016-ci ildə Rio Olimpiya Oyunları ərəfəsində TRT-yə verdiyi müsahibəsində "Azərbaycanda atletika məsələsində bir həyəcan yoxdur. Heç bir şey etmirlər. Düşərgələr yoxdur, məşq üçün bir imkan yoxdur. Türkiyə isə qardaş ölkə. Çox yaxınıq" bildirib.

Azərbaycanın qadağası

Azərbaycan Atletika Federasiyası, 2010 Avropa Atletika Çempionatı və 2011 Avropa Salon Atletika Çempionatı üçün Quliyevi milli komandaya dəvət edib, amma Quliyev dəvətləri rədd edib.
Bundan sonra Quliyev barəsində IAAF-a şikayət edilib və başqa bir ölkə adına yarışa çıxacağı halda o, vətəndaşlıqdan çıxarılacağı ilə təhdid edilib.
Hətta onun Azərbaycana daxil olanda həbs olunması tələbi də irəli sürülüb.
O dövrdə Quliyev 2012 London Olimpiya Oyunlarında Türkiyə adına yarışa bilməyib.
Azərbaycanın qoyduğu qadağa 2013-cü ilin aprelində bitib və Quliyev yenidən Türkiyə formasıyla yarışlara qatılmağa başlayıb.

Ramil Quliyev Rio 2016 Olimpiya Oyunlarında 8-ci olmuşdu. Həmin vaxt yarışın qalibi yamaykalı atlet Usain Bolt olub.

Türk Milli Komandası ilə gələn uğurlar

Quliyev Türkiyə adına ilk böyük yarışına 2015-ci ildə Pekində keçirilən Dünya Atletika Çempionatı zamanı çıxıb.
Burada 200 metr finalında 20.11 saniyəlik dərəcəsiylə 6-ci olan Quliyev, həmin il Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan IAAF World Challenge turnurində 200 metri 19.88 saniyəyə qaçaraq Türkiyə rekordunu qırıb.
Quliyev 2016 Rio olimpiya Oyunlarında isə gözlədiyi uğuru qazana bilməyib, belə ki, o 20.43 saniyəlik dərəcəylə 8-cu sırada yer alıb.
Bu il isə o, Dünya Atletika Çempionatında önəmli rəqiblərini geridə buraxaraq 20.09-luq dərəcəsiylə qızıl medalı qazana bilib.

Quliyevin karyera fəlsəfəsi nədir?

Ramil Quliyev, Londondakı Dünya Atletika Çempionatı başlamazdan əvvəl BBC Türkcənin suallarını cavablandırıb və karyeranın inkişafında mənimsədiyi fəlsəfənin "Öz-özü ilə yarışmaq" olduğunu bildirib.
Quliyev 2015-ci ildə verdiyi bir müsahibədə isə yığma atletlərə olan tənqidlərə cavab olaraq "Mən yarışda yalnız öz adımı göstərmirəm. Addımdan əvvəl Türkiyə Bayrağı gəlir. Podiuma çıxanda da ölkə bayrağı qalxır. Biz də buna nail olmaq üçün çalışırıq" demişdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünya rekordçumuz qızıl medal qazandı

    Dünya rekordçumuz qızıl medal qazandı ...

    17-12-2012, 13:14

  • 
  • İdmançımız dünya çempionu oldu

    İdmançımız dünya çempionu oldu ...

    25-10-2015, 13:33

  • 
  • Azərbaycanlı ağır atlet ömürlük qovula bilər

    Azərbaycanlı ağır atlet ömürlük qovula bilər ...

    16-12-2015, 18:09

  • 
  • Rio-2016: Azərbaycan iki medal qazandı

    Rio-2016: Azərbaycan iki medal qazandı ...

    14-09-2016, 09:59

  • 
  • 17 yaşlı azərbaycanlı dünya çempionatında medal qazandı

    17 yaşlı azərbaycanlı dünya çempionatında medal ...

    12-08-2013, 10:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu