Əfqanıstanın Qəzni şəhərində üçüncü gündür döyüşlər səngimək bilmir. Talibanla hökumət mühüm mövqelər uğrunda mübarizə aparır.
Əfqanıstanın ordu generalı Məhəmməd Şərif Yatalı Kabildə keçirilən mətbuat konfransında deyib ki, qüvvələr Talibanı şəhərdən çıxarmaq üçün əks-hücumlar həyata keçirir.
General deyib ki, Taliban yaraqlılarının mülki əhali və bazarlarda insanlara qarışıb. Buna görə qüvvələrin əməliyyatlarını daha diqqətlə həyata keçirməyə vadar edir.
Səhiyyə işçiləri və sakinlər şəhərdən qaçır. 100-dən artıq polis işçisi və əsgər cəsədi xəstəxanalara aparılıb. Xəstəxanada boş yer yoxdur.
Taliban şəhərin qərb bölgəsindəki Əcristan rayonunsa onlarla əfqan əsgərini qətlə yetirib. Taliban Qəzninin 18 rayonunu nəzarətində saxladığını bildirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?