Çeçenistanda bazar ertəsi günü polis zabitlərinə bir neçə hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti adı ilə tanınan qrup götürüb. Bu haqda Fransa xəbər agentliyi islamçıların açıqlamalarını izləyən SITE saytına istinadən məlumat verib.
Rusiya xəbər agentliyinin verdiyi məlumata əsasən, Qroznıda atışma nəticəsində iki posi zabiti həlak olub. Hücum edənlər və yaxud saxlanılanlar barədə məlumat verilməyib.
Qroznıda həmçinin yol polis idarəsinə hücum olub. Verilən məlumatlara əsasən, bir nəfər polis işçisi xəsarət alıb. Hücumçunun maşını onun üstünə sürdüyü və onun güllələnərək öldürüldüyü bildirilir.
Çeçenistanın Şali rayonunda isə iki nəfər əllərində bıçaqla polis şöbəsinə daxil olub. İki nəfər polis yaralanıb, hücumçular onlara atəş açılaraq öldürülüb.
Şalidən şimalda Mesker-Yurt kəndində naməlum şəxs polis postu yaxınlığında üzərindəki partlayıcıları işə salaraq özünü partladıb. Hücumçu ölüb, başqa xəsarət alanın olmadığı bildirilir.
Bazar ertəsi dörd hücum nəticəsində beləliklə bir polis işçisi həlak olub, üç nəfər yaralanıb. Azı üç hücumçu isə ölüb.
Çeçenistanın başçısı Ramazan Kadırov bildirib ki, hazırda Qroznıda və Çeçnistanda vəziyyət sakitdir. O, hücumların müsəlmanların Qurban bayramı münasibətilə tədbirlərinə mane olmaq cəhdi olduğunu deyib.
Sorğu
Yeni dizaynımız necədir?