Paşinyanın ölkəsindəki KİV nümayəndələrinə ağızlıq geyindirir. Hakimiyyət aparatının dövlət qulluqçuları ilə mətbuat nümayənədələri arasındakı ünsiyyətini tənzimləyən sikulyar (əmr) ölkədə əməlli-başlı qalmaqala səbəb olub.
Erməni ekspertlər bunu məlumat əldə etmək azadlığının məhdudulaşdırılması, eləcə də söz azadlığının pozulması kimi qiymətləndirirlər.Belə sual yaranır – nə üçün bir zamanlar məhdudiyyətin əleyhinə çıxış edən Paşinyan hakimiyyəti hakim partiyanın etdiyini təkrarlayır?
Bu məsələdə də baş nazirin qoruyucuları tapılıb. İnformasiya Azadlığı Mərkəzinin başçısı Şuşan Daydayan bildirib ki, hakimiyyətə mətbuatın əlaqəsində vahid strategiya vacibdir. Amma o da etiraf etməli olub ki, bu əmrdə çatışmazlıqlar var.
Jurnalistlər, ekspetrlər, hüquqşünaslar hesab edirlər ki, yeni əmr mətbuat üçün zərbədir. İndi nə danışmaq, nə də oxucuya maraqlı olan nəyisə dərc etmək olar. Çoxları açıq-aşkar haimiyyətin söz azadlığına məhdudiyyət qoyduğunu deyir.
Ermənistanın "demokratik" hökumətinin bu sənədində qeyd edilir ki, əsas məsələ erməni mətbuatının materiallarının dövlətin rəsmi mövqeyi ilə üst üstə düşməsidir. Buna ciddi şəkildə riayət edilməlidir. Bu əmri pozanlar icə cəzalandırılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?