İran parlamenti iqtisadi əlaqələr və maliyyə nazirini vəzifəsindən kənarlaşdırıb. Dövlət mediasının bildirdiyinə görə, Məsud Karbasian İran valyutası rialın kəskin dəyər itirməsi və iqtisadi durumun ağırlaşması səbəbi ilə işdən çıxarılıb.
İranda aprel ayından etibarən işsizlik səviyyəsi artıb, rial isə demək olar ki, dəyərinin yarısını itirib.
ABŞ İrana qarşı sanksiyaları avqust ayının əvvəllərində daha da kəskinləşdirib. Noyabrda isə sanksiyaların ikinci raundu qüvvəyə minəcək.
Bu yaxınlarda ABŞ prezidentinin mülli təhlükəsizlik üzrə müşaviri İrana qarşı sanksiyaların yenidən tətbiqi ciddi təsirə malik olduğunu deyib.
Con Bolton administrasiyanın 2015-ci il razılığı əldə edilənədək mövcud olan ölçüləri daha da genişləndirməyi planlaşdırdığını bildirib.
Vəziyyət Trampın 2015-ci il nüvə sazişindən çıxması ilə daha da gərginləşib. Birləşmiş Ştatlar Tehranla İranın nüvə proqramını məhdudlaşdırılması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan razılığı Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə birlikdə imzalamışdı.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerikanın İran və biznes tərəfdaşları ilə psixoloji müharibə apardığını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?