Rəsmi Dəməşqin Rusiyadan aldığı raketlər məhv edilib İsrail hava qüvvələri Suriyanı yenidən bombalayıb. Hadisə iyulun 5-də baş verib. Telekanalın ABŞ-dakı hərbi mənbələrə istinadən yaydığı xəbərdə qeyd edilir ki, hücumun əsas məqsədi Rusiyanın Suriyaya satdığı S-300 zenit-raket sistemlərini məhv etmək olub. Hücum zamanı bir neçə suriya əsgərinin həlak olduğu da bildirilir.
Xatırladaq ki, bir neçə gün öncə Suriya ordusu hərbi bazada partlayışın olması barədə məlumat yaymışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?