Con Makkeyn Rusiyanın 1 nömrəli düşməni idi və onun ölümünə təəssüflənmək lazım deyil.
gundemxeber.az bildirir ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin yaydığı bəyanatda belə deyilir.
“Rusiyanın 1 nömrəli düşməni bizi təhqir edir, alçaldırdı. O, bizim prezidentə Qəzzafidən dərs götürməyi məsləhət görürdü. Makkeyn bütün insanlığın düşməni idi. Biz heç bir insanın ölümünə sevinmirik, amma Bjezinski, Makkeyn və qoca Kissincer ölkəmizin düşmənləridir. Bu siyahıya Marks, Engels, Lenin, Stalin, Züqanov və Soros da daxildir.
Makkeyn düşmən idi, ölkəmizin məhvini arzu edirdi. Buna görə də onun ölümünə təəssüflənə bilmərik”, - o bildirib.
Xatırladaq ki, ABŞ Senatının ən tanınmış üzvlərindən olan Con Makkeyn avqustun 25-də vəfat edib.
Onun son bir ildə beyin xərçəngi ilə mübarizə apardığı bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?