Emirates şirkətinə məxsus təyyarə Nyu-Yorkun Con F. Kennedi hava limanına qəbul edilib, lakin karantinə qoyulub. Dubaydan uçan təyyarənin sərnişinlərinin arasında bir neçəsinin xəstə olduğu bildirilib.
203 nömrəli reysi həyata keçirən ikimərtəbəli Airbus A388 təyyarəsi 500-ə yaxın sərnişini daşıyırdı.
Şirkət sözçüsü Dubaydan Nyu-Yorka istiqamət alan təyyarədə 10 nəfərin xəstə olduğunu bildirib. Lakin daha əvvəl Nyu-York mətbuatında bu göstəricinin 100 olduğu bildirilmişdi. Sözçü sərnişinlərin yaxın zamanda təyyarəni tərk etmələrinə icazə veriləcəyini deyib.
ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşları hava limanına gedib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?