Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətdən getməsi üçün şərtlərini açıqlayıb.
“Mən heç kimin hakimiyyəti xalqın əlindən ala bilməyəcəyi vaxt hakimiyyətdən gedəcəyəm”, - o, “Facebook”dakı canlı yayımı zamanı deyib. Paşinyanın sözlərinə görə, o, xalqın təmsilçisidir. “Mən zəmanət verməliyəm ki, xalq Ermənistanda hakimiyyətin tamhüquqlu təmsilçisidir. Azərbaycanla məsələləri həll etməliyik. Onlar da bilməlidir ki, erməni xalqının mənafeyi hər yerdə üstündür. Bunu hər kəs bilməlidir...”,- erməni lider qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?