Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton, Əsəd rejiminin İdlibdə mümkün kimyəvi silah istifadəsinə qarşı xəbərdarlıqlarını təkrarlayıb.
ABŞ-ın daha əvvəl rejimin kimyəvi silah istifadəsindən sonra Suriyaya qarşı hücumlarını xatırladan Bolton, bu dəfə cavablarının çox daha güclü olacağını söyləyib. Bolton, "Son günlərdə, əgər üçüncü bir kimyəvi silah istifadəsi olsa, cavabımızın çox daha güclü olacağını deyirik. İkinci hücumda birlikdə hərəkət etdiyimiz İngiltərə və Fransa ilə məsləhətləşmələr aparırıq. Onlar da kimyəvi silah istifadəsinin çox daha güclü bir cavabla nəticələnəcəyini hesab edirlər" deyib. Amerika Birləşmiş Ştatları, 2017-nin aprel ayında Xan Şeyxin qəsəbəsində baş verdiyi iddia edilən kimyəvi hücumdan sonra, rejimə bağlı hədəfləri vurmuşdu. ABŞ-ın rejimə qarşı birbaşa ikinci hücumu isə bu ilin aprel ayında Şərq Gutada kimyəvi silah istifadə edildiyinə dair görüntülərin ortaya çıxmasından sonra baş vermişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?